Sosial
Kapital Bank II Milli Yaylaq Festivalına qatıldı - FOTO
Kapital Bank 29-31 iyul 2022-ci il tarixlərində Gəncədən 22 kilometr məsafədə, Hacıkənd qəsəbəsinə yaxın ərazidə yerləşən Xan yaylağında keçirilən II Milli Yaylaq Festivalında iştirak edib. “Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən festivalda 22 xarici ölkədən 300-ə yaxın qonaq iştirak edib.
Festivalda Kapital Bank tərəfindən təşkil olunan çadırda qonaqlara bir sıra bank xidmətləri təqdim edilib, bank məhsullarının şərtləri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Həmçinin Birbank taksit kartı, kredit xətti, nağd pul krediti, sahibkarlara verilən kreditlər üzrə müraciətlər toplanıb və müvafiq filiallara yönəldilib. Bundan başqa ərazidə Kapital Bank bankomatı da yerləşdirilib.
Qeyd edək ki, II Milli Yaylaq Festivalının Milli yaylaq oyunları çərçivəsində qonaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə müxtəlif yarışlar keçirilib. Festivalda mikro və kiçik sahibkarlıq subyektləri, eləcə də yaradıcı şəxslər öz məhsullarını təqdim ediblər. Burada KOBİA tərəfindən yaradılan “Sənətkarlıq məhəlləsi”ndə müxtəlif əl işləri, rəsm əsərləri, hədiyyələr, suvenirlər, zərgərlik məmulatları, tekstil məhsulları, oyuncaqlar və sair nümayiş olunub.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 106 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.
-
İqtisadi gündəm09:28Dünyanı gözləyən böyük təhlükə: Yaxın 6 ayda bu ərazilərdə aclıq kəskinləşəcək
-
ABŞ09:19Bayden daha kimsənin vecinə deyil: Kitabı da satılmır
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz






.jpg)

.jpg)

.jpg)

























