Sosial
Ruslan Əliyev göstəriş verdi: "Havalar soyuyana qədər..." - FOTO
İyunun 22-də çoxsaylı müraciətləri nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi Gədəbəy rayonunun Qoşabulaq kəndində "Açıq mikrofon" aksiyası keçirib.
Publika.az Birliyə istinadən xəbər verir ki, aksiyada vətəndaşlar qurumun baş direktoru Ruslan Əliyevə müraciət edərək yaşadıqları kəndə təbii qaz verilməsini xahiş ediblər.
Sakinlərin müraciətlərinə cavab olaraq Birlik rəhbəri adıçəkilən kəndin qazlaşdırılması üçün aidiyyatı üzrə şöbələrə göstəriş verib və tez bir zamanda qazlaşdırma işlərinə başlanılıb.
Bu gün isə Gədəbəy rayonunda vətəndaş qəbulu keçirən Ruslan Əliyev görüşdən sonra aparılan qazlaşma işləri ilə tanış olmaq üçün Qoşabulaq kəndinə gedib. Kənd sakinləri və qazlaşma işlərini aparan əməkdaşlarla görüşən Birlik rəhbəri işlərin daha da sürətləndirilməsinə və havalar soyuyana qədər başa çatdırılmasına göstəriş verib. Kənd sakinləri onlarla səmimi söhbətinə və kəndin qazlaşdırılmasını nəzarətdə saxladığına görə baş direktora öz təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Qoşabulaq kəndində 370 sakin yaşayır. Kəndin qazlaşdırılması üçün 46000 metr daşıyıcı və paylayıcı qaz kəmərinin çəkilişi nəzərdə tutulur.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
