Sosial
İşsizlərin NƏZƏRİNƏ! Dövlət boş iş yerlərini açıqladı - Maaş 1500 AZN
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində Məşğulluq Alt Sistemi fəaliyyət göstərir.
Publika.az bildirir ki, vətəndaşlar asanlogin.my.gov.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər.
Mövcud durumda ölkə üzrə Dövlət Məşğulluq Mərkəzlərində işsiz və iş axtaran vətəndaşlara təklif olunan ən minimum və maksimum məvacibli işlər sayı vətəndaşlarda böyük maraq doğurur. Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etdik.
Qurumdan bildirildi ki, Məşğulluq Alt Sistemində bank sistemi yaradılıb: “Vətəndaşlar vakansiya bankında ölkə üzrə Dövlət Məşğulluq Agentliyinə təqdim edilən və vakansiya bankına yerləşdirilən bütün iş yerləri ilə tanış ola bilərlər. İstənilən vətəndaş öz bilik və bacarığına, təcrübəsinə və təhsilinə uyğun olaraq vakansiyalarla tanış ola və həmin iş yerləri üzrə öz müraciətini formalaşdıra bilər".
Hazırda Məşğulluq Alt Sistemindəki vakansiyalar üzrə əmək haqqı işə götürən tərəfindən müəyyən edilir. Vakansiyalar üzrə əmək haqqı 300 manatdan 1500 manatadək dəyişir.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























