Sosial
KİRAYƏ MƏNZİL problemi: Dinamika NƏ VƏD EDİR?
“İpoteka və Kredit Zəmanəti Fondunun təklif etdiyi kirayə mənzil mexanizmindən əsasən aylıq 1000-1500 manat arası məvacib alan və ailə üzvlərinin sayı 4 nəfərdən olan vətəndaşlar istifadə edə bilirlər. Çünki, kirayə üçün nəzərdə tutulan mənzillərin aylıq kirayə haqqı sahəsindən asılı olaraq, 600-1200 manat arasında dəyişir”.
Bunu Publika.az-a açıqlayan daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin fikrincə, vətəndaşların bu mexanizmdən istifadə etməsini çətinləşdirən əsas amillərdən biri də bankların vətəndaşların qarşısında qoyduğu bəzi öhdəliklərdir:
“Banklar vətəndaşın həm ipoteka, həm də kirayə mənzillə bağlı ödənişlərini vaxtında həyata keçirə biləcəyinə əmin olmaq istəyir. Çünki, ilk növbədə kredit götürmək istəyən vətəndaşın ailəsinin ehtiyac meyarı hər bir üzv üçün 180-200 manat arasında müəyyən edilir. Bu da dörd nəfərlik ailə üçün təxminən 800-900 manatlıq aylıq ödəniş deməkdir. Aylıq gəlir bu ehtiyacı ödəməyə qabildirsə, yerdə qalan məbləğ ipotekaya və ya kirayə mənzil haqqının ödənilməsinə sərf oluna bilər. Əgər gəlirlər bu meyarı ödəmirsə, vətəndaş dərhal risk qrupuna salınır...”.

Ramil Qasımzadə qeyd etdi ki, qurumun əsas gəlirləri həm ipoteka faizlərindən, həm də dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına əldə edilir:
“Bu gəlirlər mövcud problemlərin həllinə yönəldilərsə, mühüm nəticələr əldə ediləcək və əsasən də gənclərin mənzil probleminin həll olunmasına kömək edəcək. İpoteka ilə mənzil almaq, yaxud kirayə mənzil mexanizmindən istifadə etmək istəyən vətəndaş ilk növbədə bankların və İKZF-nun etimadını qazanmağa çalışmalıdır”.
Ekspertin fikrincə, aylıq ödənişi nisbətən ucuz olan mənzillərin sayı artırılmalıdır:
“Ümumiyyətlə, fond əsasən belə binalara və mənzillərə üstünlük verir. Bu binalar daha çox şəhər kənarında, yəni Xətai, Binəqədi, Nizami və digər rayon ərazilərində yerləşir. Şəhər mərkəzində yerləşən binalarda mənzillərin qiyməti yüksək olduğuna görə qurum üçün əlverişli hesab edilmir. Əgər gələcəkdə vətəndaşların aylıq gəlirləri artarsa, fond onlar üçün daha yaxşı şəraitli binalarda mənzillərin sayını artıra bilər”.
Rövşən Ziya
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)


















.jpg)






.jpg)


