Sosial
Əxlaqsız video skandalı: Dövlətə qurulan tor
Son zamanlar Fövqəladə Hallar Nazirliyi hədəfə götürülüb. Sağdan da vururlar, soldan da, ortadan da. Hiss olunur hansısa güclü bir dirijor əlləri ilə idarə olunur nazirliyi hədəfə götürənlər. Saytlar yazır, sosial şəbəkələr müzakirə edir, sosial şəbəkələr yazır, saytlar müzakirə edir.
Nazirlik böyük bir təxribatla üz-üzədir.
Gələk yanğınlara. Dünyanın bütün yerlərində meşə yanğınları tüğyan edir, eləcə də Azərbaycanda. Düşünürsən ki, bu meşə yanğınları FHN-i nüfuzdan salmaq üçün qəsdən törədilir. Amma unudurlar ki, bu yanğınlarla mübarizə aparan da, özünü odun-alovun içinə atan da FHN-in əməkdaşlarıdı. Bu əməkdaşların içində xəsarət alan da var, zəhərlənən də var və sair və ilaxır. Bir yanğını söndürən kimi başqa bir yanğın başlayır.
Hətta Cəlilabaddakı ticarət mərkəzi də təxribatlardan biridir.
Hamımıza yaxşı məlumdur ki, qonşu ölkələrdə – İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada baş verən meşə yanğınlarında da Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi özünü hamıdan əvvəl çatdırmış, yanğınların söndürülməsində fəal iştirak etmiş, buna görə həmin ölkələrin rəhbərlərindən təşəkkürlər almışdır.
Eləcə də zəlzələlərdən zərər çəkənlərə və zəlzələnin nəticələrinin aradan qaldırılmasında FHN nümunə göstərmişdir. Hələ çay daşqınları zamanı da nazirliyin sıravi işçilərindən tutmuş yüksək rütbəli zabitləri də fəlakətin qarşısını almaq üçün palın-palçığın içində böyük fədakarlıq göstərmişdir. Ölkəmizdə də baş verən zəlzələlərdən, daşqınlardan dağılmış evlərin yenidən tikilməsində FHN əlindən gələni əsirgəməmişdir.
Bir sözlə, Fövqəladə Hallar Nazirliyi Möhtərəm Prezident İlham Əliyevin bu təşkilatın qarşısına qoyduğu vəzifələri, sərəncam və tövsiyələrini ləyaqətlə yerinə yetirməyə çalışmışdır. Təbii ki, iş olan yerdə nöqsan da var.
Baxıram Qəbələdə qəbula gəlmiş insanların arasında kiminsə ürəyi gedib, kimsə yıxılıb dərhal çəkib paylaşıblar. 18 ildir bu qəbullar keçirilir, niyə məhz indi, özü də Qəbələdə belə bir izdihamı çəkib yayırlar?
Mən dəfələrlə Qarabağ bölgəsində Kəmaləddin Heydərovun keçirdiyi qəbullarda həmin bölgəni təmsil edən deputat kimi iştirak etmişəm. Özü də bu qəbulları tək keçirmir, bütün müavinləri və idarə rəisləri də bu qəbullarda iştirak edirlər. Və həmişə də görmüşəm ki, qəbula gələnlərin bir çoxunun qaldırdığı problemlər yerində həll olunub. Həll olunmayanları isə qeydiyyata götürüb sonradan həll ediblər, camaat da razı qalıb.
Gələk sonuncu hadisəyə, video məsələsinə. Fövqəladə Hallar Nazirliyi böyük bir təşkilatdır, bu təşkilatda 10 min, 20 min adam çalışır , dəqiq bilmirəm. Təbii ki, burda çalışanların hamısı süddən çıxmış qaşıq deyil. İndi bir nəfər əxlaqsızın etdiyi şərəfsiz hərəkətə görə böyük bir təşkilatı gözdən salmağa çalışmaq nə deməkdir? Təbii ki, o bir nəfər deyil, beş-on nəfər də ola bilər.
İndi həmin polkovnik barəsində Respublika Prokurorluğu cinayət işi qaldırıb və saxlanılıb. O videonu özü çəkib və FHN-ə zərbə vurmaq üçün niyə paylaşıb, yəqin ki, isntintaq bunu da araşdıracaq. Özü də 8 il bundan qabaq baş vermiş hadisə niyə indi üzə çıxır? Təbii ki, buna maraqlı qüvvələr var.
İndi mətbuatda oxuyuram ki, FHN ləğv edilməlidir, bir hissəsi Daxili İşlər Nazirliyinin, bir hissəsi isə Müdafiə Nazirliyinin tabeliyinə verilməlidir. İndi bir nəfərin ləyaqətsiz hərəkətinə görə böyük bir təşkilat ləğv oluna bilərmi?
Bu barədə jurnalist Aynur Camal çox ciddi bir yazı yazdığına görə mən onun fikirlərini təkrar etmək istəmirəm.
Başqa bir sayt yazır ki, nazir Kəmaləddin Heydərov istefa ərizəsini Prezident Aparatına göndərib. Özü də guya bunu etibarlı mənbədən alıb. Əgər belə bir hadisə varsa, bunu Prezident Aparatından kim bayıra çıxarıb?
Möhtərəm Prezident 2006-cı ildə Fövqəladə Hallar Nazirliyinin yaranması ilə bağlı sərəncam imzalayıb və Kəmaləddin Heydərov da sıfırdan belə bir nüfuzlu və işgüzar nazirlik yaradıb. İndi saytlarda, sosial şəbəkələrdə Prezidentə məsləhət verirlər, təklif edirlər ki, FHN-i ləğv eləsin. Cənab Prezidentin heç kimin məsləhətinə , tövsiyəsinə və təklifinə ehtiyacı yoxdur. Özünün dediyi çox müdrik sözü var: "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!". Və indi Cənab Prezident öz əli ilə yaratdığı mühüm bir təşkilatı sizin sözünüzlə ləğvmi edəcək?
Və sonda. Nazirliyin Daxili Təhlükəsizlik İdarəsinin üzərinə çox mühüm və məsuliyyətli iş düşür. Prokurorluq öz yerində, FHN-in Daxili Təhlükəsizlik İdarəsi özü də araşdırma aparmalıdır ki, FHN-ə qurulan tor hardan qaynaqlanır və kimlər qurur?
Aqil Abbas
-
Region11:57
Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
-
Dünya11:23
Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi: Görün Moskva əvəzini nə ilə ödəyib
-
Region10:40
Ermənistanda soydaşımıza hücum etdilər - VİDEO
-
MDB10:05
Rusiya Ukraynanı ballistik raketlə belə vudu: Medvedev VİDEO yaydı
-
Kriminal09:50
İcra başçısının birinci müavini vətəndaşı məhkəməyə verdi
-
İdman09:16
Fernandu Santuş Rövşən Nəcəfin görüşünə gedir: İstefaya göndərilir - DETALLAR
-
Nəqliyyat08:12
Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş etdi
-
Nida Xəbər 07:30
Qaiser Navabdan MESAJ: Azərbaycan elə bir gücə malikdir ki...