Sosial
Şəhid ailələrindən Cəlal Qurbanova hədiyyə - VİDEO
“Fire Land Production”un rəhbəri, vətənpərvərlik mahnılarının sözlərinin müəllifi kimi tanınan Cəlal Qurbanova həyata keçirdiyi layihələrə görə təşəkkür əlaməti olaraq şəhid ailələri adından hədiyyə təqdim edilib.
Publika.az xəbər verir ki, "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır” adlı layihələrin rəhbəri olmuş Cəlal Qurbanov sosial mediada şəhid ailələrinin bəxş etdiyi hədiyyədən çox təsirləndiyini bildirib.
"Mənim üçün bütün hədiyyələr dəyərlidir. Amma bu hədiyyə yəqin ki, hər kəsi kövrəldərdi. Şəhid ailələri sayəsində mənim ruhumun şəhid ruhları ilə görüşüb halallaşdığını hiss etdim. Mən onlardan mənəvi sakitliyim üçün halallıq istədim. Onların adından mənə ünvanlanan bu mükafatda, bu cümlələrdə şəhidlərin səsini duymağı arzu etdim. Burada yazılan bir cümləyə ürək sözüm var. Qəhrəmanların qəhrəmanı yalnız onların əmanətləridir. Çünki sizin kimi qəhrəman canların itkisindən sonra ayaqda durmaq onlar üçün çox çətindir. Bunu anladığım üçün etdiyim hər şeyi özümə borc, sizin etdiklərinizin qarşısında isə zərrə hesab edirəm. Yeriniz qəlbimizdədir! Siz bizim əbədi yaşar qəhrəmanlarımızsınız!", - deyə paylaşımında qeyd edib.
Xatırladaq ki, şəhidlərimiz Əliyev Raufun, Səfərov Məmmədağanın və Tarıverdiyev Nicatın ailəsi Cəlal Qurbanova hədiyyə plaket bağışlayıblar.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)