Sosial
Müqaviləsiz abonent bazasının həcmi 25% faiz təşkil edir - Ruslan Əliyev - FOTO
“Cari il ərzində ölkənin 110 yaşayış massivində qazlaşma işləri nəzərdə tutulub ki, bunların da böyük əksəriyyətində proses yekunlaşmaq üzrədir. Qazlaşacaq ərazilərdən 30-u isə meşəətrafı yaşayış massividir”.
Publika.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyasında jurnalistlərin meşə təsərrüfatının qorunması ilə bağlı verilən suallarını cavablandırarkən bildirib.
Baş direktor sıx-sıx ünvanlanan qapı keçidləri və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı suallardan danışarkən qeyd edib ki, abonentlər artıq bu müraciətlərlə bağlı SOCAR “Azəriqaz” İstehsalat Birliyinə deyil, “ASAN xidmət” mərkəzlərinə müraciət etməlidirlər.
Ruslan Əliyev son günlər abonentlərin mobil telefonuna gələn SMS bildiriş haqqında da ətraflı məlumat verib. O, SMS bildirişlərin müqaviləsi olmayan abonentlərə göndərildiyini və bunun istehlakçının öncədən xəbərdar edilməsinə xidmət etdiyini vurğulayıb. Baş direktorun açıqladığı məlumata görə, hazırda ölkədə müqaviləsi olmayan abonent bazasının həcmi 25% faiz təşkil edir.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
