Sosial
Ruslan Əliyev Qəbələ sakinlərini qəbul etdi - VİDEO - FOTO
"Dövlət başçısının müvafiq tapşırığına əsasən digər qurumlar kimi, SOCAR "Azəriqaz" İstehsalat Birliyi olaraq davamlı şəkildə regionlarda vətəndaşlarla görüşlər keçirərək, yerlərdə qaz təsərrüfatına dair problemlərin həllinə dəstək oluruq. Məqsədimiz, amalımız sizlərin yanında olmaqdır".
Publika.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Qəbələ rayonunda keçirilən vətəndaş qəbulu zamanı bildirib.
Görüşdə Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin tabeliyində olan xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul və digər məsələlərə toxunulub.
Ruslan Əliyev qəbula üz tutan 20-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərlərliyinə müvafiq tapşırıq verib. Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həllini tapıb. Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara bu cür rahat şərait yaradıldığına görə dövlət başçısına və SOCAR rəhbərliyinə təşəkkür ediblər.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





































.jpg)
.jpg)
