Sosial
Xristian ailədə müsəlman uşaq 13 il zorlanıb - Məhkəmə Fransanı günahlandırdı
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müsəlman uşağın 13 il ərzində himayədar ailədə zorlanması hadisəsində Fransanı günahlandırıb.
Publika.az xəbər verir ki, müsəlman ailəsində dünyaya gələn qız 1976-cı ildə, 5 yaşında "Yehovanın Şahidləri"nə mənsub olan xristian himayədar ailəyə övladlığa verilib. Xristian himayədar ailə uşağı övladlığa götürdüyünə görə “inanc azadlığı”nı qəbul edib. AİHM bildirib ki, Uşaq Sosial Xidmətləri həmin müddət ərzində xristian ailənin “dini neytrallıq müddəası”nı tətbiq edib-etməməklə bağlı prosesi nəzarətə götürmədiyi üçün “inanc azadlığı”prinsipini pozub.
Bundan əlavə, 13 il ərzində uşaq "himayədar ata" tərəfindən zorlanıb və cinsi zorakılığa məruz qalıb. Məhkəmə o qənaətə gəlib ki, Fransanın səlahiyyətli orqanları tərəfindən pis rəftarın aşkar edilməsi üçün qabaqlayıcı tədbirlər görülməyib.
Fransa hökuməti, qız yetkinlik yaşına çatdıqda məsələni məhkəməyə çatdırmaq tələbini rədd edərək, bunun "həddindən artıq formalizm" nümayişi olduğunu bildirib.
AİHM dini etiqad azadlığı və effektiv hüquqi müdafiə vasitəsi hüququnun pozduğunu bildirib və zərərçəkmişə dəymiş mənəvi ziyana görə 55 min avro ödənilməsi haqda qərar verib.
Ayşən Rəhim
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
