Sosial
Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirildi - VİDEO/YENİLƏNDİ
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə atəşfəşanlıq keçirilib.
Publika.az xəbər verir ki, Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti atəşfəşanlıqla davam etdirilib.
Qələbə sevincini paylaşmaq üçün milli parka axışan paytaxt sakinləri ilə yanaşı, Bakının qonaqları da konserti böyük maraqla izləyiblər.
Qələbənin ikinci ildönümü şərəfinə Bakı, eləcə də Dənizkənarı Milli Park, həmçinin şəhərin digər parkları və mərkəzi küçələri, bina və eyvanlar bayraqlarmızla bəzədilib. Bilbordlarda, monitorlarda və banerlərdə “Xarıbülbül” emblemi, Zəfər şüarları əks olunub.
Bayram konsertindən sonra keçirilən atəşfəşanlıq qalib ölkənin və gündən-günə gözəlləşən Bakının səmasını al-əlvan rənglərə boyayıb. Möhtəşəm atəşfəşanlıq on minlərlə insan tərəfindən xüsusi coşqu ilə qarşılanıb.
Zəfər Günü yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız tərəfindən böyük qürur və sevinc hissləri ilə qeyd edilir.
xxx
Dənizkənarı Milli Parkda Zəfər Günü münasibətilə bayram konserti keçirilir.
Publika.az xəbər verir ki, “Saat qülləsi” yaxınlığında bayram proqramı təşkil olunub.
Tədbirdə xalq artistləri, estrada müğənniləri, rəqs qrupları iştirak edir.
Konsert proqramının sonunda, saat 21.00-da isə atəşfəşanlıq olacaq.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi





















.jpg)















.jpg)
.jpg)
