Sosial
Həkim çatışmır, səhiyyə çökə bilər - XƏBƏRDARLIQ
Avropa ölkələrində həkim çatışmazlığı müşahidə edilir.
Publika.az xəbər verir ki, Avropa ölkələri ciddi tibbi kadr çatışmazlığı ilə üz-üzədir. Qitə ölkələrində tibb sahəsində iki milyona yaxın işçi çatışmır. Bu barədə "Politico" məlumat yayıb.
Nəşr Avropada səhiyyənin çökəcəyini proqnozlaşdırıb. Belə ki, Yunanıstanda kadr çatışmazlığı səbəbindən fövqəladə hallara ləng cavab verildiyi üçün təcili yardım xidmətləri həyəcan təbili çalır. İngiltərədə on minlərlə tibb bacısı çatışmır, rekord sayda vakansiya olduğu bildirilir. Tibb bacısı, Finlandiyada çatışmayan bütün peşələr siyahısında birinci yerdədir. Portuqaliyada doğum evləri həkim çatışmazlığı səbəbindən bağlanıb. Fransada isə qəsəbələr həkimsiz qalır, çünki təqaüdə çıxan həkimləri əvəz edən olmur.
“Belə bir fikir var ki, tibb, artıq insanlar üçün cəlbedici karyera seçimi deyil. Və bu, həqiqətən də gələcəkdə səhiyyə sistemlərinin davamlılığını təhlükə altına atacaq”. Bu sözləri Avropa Həkimlərinin Daimi Komitəsinin (CPME) baş katibi Sarada Das deyib.
Bir çox gənc həkimlər yüksək təzyiq nəticəsində və digər psixi sağlamlıq problemlərinə görə işlərini tərk ediblər və ya bu barədə düşünürlər.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO








.jpg)


























