Sosial
Yollarda nəzarət tədbirləri gücləndirildi - DYP
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-sabit hava şəraiti ilə bağlı yollarda nəzarət tədbirlərin gücləndirib.
Publika.az xəbər verir ki, bu barədə idarədən verilən məlumatda bildirilib.
Baş Dövlət Yol Polisi İdarəsi dağlıq və dağətəyi ərazilərdə sulu qar və qar yağma nəticəsində nəqliyyat vasitələrinin sürüşmə ehtimalının daha çox olmasını nəzərə alaraq yollarda qəzaların və digər narahatlıqların baş verməməsi üçün yollarda nəzarət tədbirlərini gücləndirib.
Qeyd olunan istiqamətlərdə hərəkət edən avtomobillərin sürücüləri saxlanılaraq hava şəraiti barədə onlara müvafiq məlumatlar verilmiş, yollarda ehtiyatlı olmaları, yol nişanlarının tələblərinə ciddi riayət etmələri, sürət həddini hava şəraitinə uyğun seçmələri tövsiyyə edilmiş, nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılmışdır.
Sürücülərin gedəcəkləri istiqamətlər üzrə yolun vəziyyəti operativ öyrənilərək onlara bu barədə və daha təhlükəsiz hesab olunan alternativ yolardan istifadə barədə məlumatlar verilmişdir.
Qeyri-sabit hava şəraitinin davam edəcəyi müddət ərzində bu tədbirlər mütamədi olaraq davam etdiriləcəkdir.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)