Sosial
Paytaxt Bakı Yeni ili belə qarşılayır - FOTOREPORTAJ
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Bakı şəhərinin parkları, meydan və küçələri əl-əlvan bəzədilib. Paytaxtımızda Yeni il atributları, yolkalar və digər bayram rəmzləri quraşdırılıb.
Publika.az xəbər verir ki, paytaxtda əlamətdar bayramlar münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilib. Şəhərdə insanların daha çox toplaşdığı məkanlarda - Fəvvarələr meydanında, Dənizkənarı Bulvarda və İçərişəhərdə əvvəlki illərdən fərqli və geniş formada xüsusi proqram əsasında bayram hazırlıqları görülüb.
Bulvar ərazisində Yeni ilin rəmzlərindən ibarət rəngarəng kompozisiyalar, uşaqların zövqünə oxşayan çoxsaylı oyuncaq evlər qurulub.
Bu il Neftçilər və Azərbaycan prospektlərində, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələrində də xüsusi bayram tərtibatı aparılıb. Paytaxtımızda ən böyük yolka “Azneft” dairəsindədir. Onun hündürlüyü 20 metrdir. Mərkəzi parkda quraşdırılan 16 metrlik yolka da fərqli tərtibatı ilə göz oxşayır.
Bundan əlavə, uşaqların mənalı istirahətini təmin etmək məqsədilə Dənizkənarı Milli Parkın “Köhnə bulvar” ərazisində əyləncəli-musiqili proqramlar təşkil olunub.
Dövlət Kukla Teatrının arxasındakı ərazidə çilçıraqlı xizəkli maral, retro maşın, hava ilə doldurulmuş oyuncaqlar həmin ərazinin hüsnünə yeni bir gözəllik verir.
Bununla yanaşı, diskoteka, tamaşalar, konsert, işıq və alov şousu da nümayiş olunur.
Dənizkənarı Bulvar İdarəsinin təşkil etdiyi və 2023-cü il yanvarın 8-dək davam edəcək Yeni il şənlikləri paytaxt sakinlərində və qonaqlarda xoş ovqat oyadır.
AZƏRTAC-a istinadla paytaxtımızın Yeni il gecəsinin görüntülərini təqdim edirik:
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


