Sosial
Aparıcı ilə nişanlanan tanınmış həkim uşaqlarına aliment vermir? - VİDEO
08:36
Tanınmış estetik cərrah Ruslan Rəsulun ailəsinə fiziki şiddət göstərməsi ilə bağlı iki il öncə yayılan iddialar yenidən gündəmə gəlib.
Publika.az xəbər verir ki, bununla bağlı feminist fəal Gülnarə Mehdiyeva sosial şəbəkə hesabında məlumat paylaşıb. Belə ki, o, iki il öncə paylaşdığı məlumatlarda həkimin həyat yoldaşına və iki azyaşlı övladına qarşı fiziki və psixoloji zorakılıq etdiyini, onları neçə gün işıqsız, qazsız qoyduqdan sonra yaşadıqları birgə nikah dövründə əldə edilmiş evdən çıxarılmaqlarına nail olduğunu yazmışdı. İddiaya görə, evdən heç nə götürmədən çıxan qadın sonradan geyim və əşyalarını tələb etsə də, götürə bilməyib. Bundan əlavə, aktivistin sözlərinə görə, hətta uşaqlarının dəftər-kitabını da qaytarmadığı üçün onlar məktəbə gedə bilməyiblər.
Mövzu ilə bağlı yenidən paylaşım edən Gülnarə Mehdiyeva hazırda həkimin övladları üçün ödəməli olduğu alimenti də vermədiyini deyir: “Bir əməliyyatının qiyməti 3000 manatdan başladığı halda, o, öz gəlirini rəsmi olaraq işlədiyi klinikada 150 manat göstərib və iki uşağa görə ona ən minimum - 350 manat aliment təyin olunub. Amma adam keçmiş arvadına zülm etmək məqsədilə bu məbləği də bütöv şəkildə deyil, 50, 30 manat olaraq hissə-hissə verir və hər dəfə qadını ona yalvarmağa məcbur edir”.
.jpg)
G.Mehdiyevanın sözlərinə görə, həkimin yaşadığı ev əslində məhkəmə vasitəsilə keçmiş həyat yoldaşı ilə arasında bölünüb. Lakin Ruslan Rəsul o evdə özü yaşayır və yoldaşına düşən payı vermək istəmir: “O keçmiş həyat yoldaşına atdığı səs yazısında 4 aydır ki, heç bir əməliyyat etmədiyini və bir qəpik pulu olmadığını deyib. Lakin bu yaxınlarda mətbuatda gedən xəbərlərdə və nişanlısının açıq profilində yayımlanan fotolara əsasən, o, nişanlısına olduqca bahalı hədiyyələr alır və öz həyatında da maddi korluq çəkmir. Yanvarın 31-i alimentin məbləğinin artırılması ilə bağlı məhkəmə olacaq. Vəkilimiz onun gəlirlərinin müəyyən edilməsi üçün lazımi yerlərə müraciət edəcək”.
İddialarla bağlı Ruslan Rəsulla əlaqə saxladıq. Həkim “Qafqazinfo”ya açıqlamasında bildirib ki, haqqında yazılanlar tamamilə yalandır: “2021-ci ildə Yevlax Rayon Məhkəməsinin qərarı ilə boşanmışıq. Boşanmaq üçün müraciəti də mən etmişəm. Şiddət görən bir xanım idisə niyə boşanmırdı? Şiddət görən mənəm. Bütün gün haqqımda yalan məlumatlar paylaşırlar. Elə həmin il məhkəmə qərarı ilə aliment də kəsilib və hər ay ödənişi edirəm. Onlar düz bir il mənə uşaqlarımı göstərməyiblər. İndi özü xaricdədir. Uşaqları da qoyub burda gedib. 8 aydır uşaqlardan uzaqdadır. Hansı ki, vaxtilə uşaqların ölkədən getməsi ilə bağlı müraciət olunmuşdu və mən icazə vermişdim. Amma özü ilə aparmadı. Mən həftədə iki dəfə uşaqlarımla görüşürəm, nəyə ehtiyacları varsa onu da edirəm. Yazırlar ki, mən onun əşyalarını, paltarlarını verməmişəm. Onun heç nəyi məndə qalmayıb. Dövlətin qanunları var və mən hamısına riayət edirəm. Aliment üçün məhkəməyə müraciət ediblər. Qalxacaq, onu da ödəyəcəm. Mən hazırda subay adamam, evlənə bilərəm. Öz işləri ilə məşğul olsunlar".
Məsələ ilə əlaqədar R.Rəsulun keçmiş xanımının da mövqeyini öyrənmək məqsədilə onun vəkili Zibeydə Sadıqova ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hazırda alimentin məbləğinin artırılması üçün məhkəməyə müraciət olunub: “İşimiz Yevlax Rayon Məhkəməsindədir. Bundan əlavə, əmlak bölgüsü ilə bağlı Ali Məhkəməyə müraciət etmişik. O da hələ təyin olunmayıb”.
Qeyd edək ki, estetik cərrah Ruslan Rəsul tanınmış teleaparıcı Çinarə Əliyeva ilə nişanlıdır. ("Qafqazinfo")
.png)
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ


































