Sosial
Mehriban Əliyevadan göstəriş: humanitar yardımla dolu təyyarə Türkiyəyə çatdı - FOTO/YENİLƏNDİ
Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilib.
Bu barədə Publika.az-a Heydər Əliyev Fondundan deyilib.
Bildirilib ki, faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıran xüsusi təyyarə bu gün Türkiyəyə eniş edib. Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara humanitar yardım çatdırıb.
"Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulamışdır.
Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir", - Fondun açıqlamasında vurğulanıb.
xxx
02:12
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, qardaş Türkiyədə zəlzələ qurbanlarına humanitar yardım aparan xüsusi təyyarə yaxın dəqiqələrdə Qaziantep hava limanına yola düşüb.
Publika.az xəbər verir ki, bu barədə Heydər Əliyev Fondu məlumat yayıb.
Bildirilib ki, yük təyyarəsi faciədən zərər çəkmiş şəxslər üçün Heydər Əliyev Fondu tərəfindən göndərilən 36 ton humanitar yardımı aparır. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və digər tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Fondun Türkiyəyə ezam olunan əməkdaşları yardımı faciə bölgəsində zərər çəkmiş vətəndaşlara çatdıracaqlar.
xxx
19:18 - 09.02.23
Türkiyədə baş vermiş zəlzələdə zərərçəkənlərə dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan təyyarə yaxın saatlarda faciə bölgəsinə yola düşəcək.
Publika.az xəbər verir ki, təyyarədə 36 ton yardım - müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər və çadırlar zəlzələ qurbanları üçün çatdırılacaq.
-
Sosial01:11Sağ ikən özünə “QR kod”lu başdaşı düzəltdirdi - VİDEO
-
Avropa00:42Zelenskidən YENİ MESAJ: "Vacib günlərdir və çox şey dəyişə bilər"
-
Qoroskop00:15Günün ULDUZ FALI - Nəticələr sizi sevindirəcək
-
Magazin130 Noyabr 23:48"Televiziyaları elə rəzil hala salıblar ki..." - FOTO
-
Art30 Noyabr 22:48Polad Bülbüloğlunun oğluna YENİ VƏZİFƏ VERİLDİ
-
Avropa30 Noyabr 22:36“Zelenski Yeni ildə istefa verəcək”
-
Magazin130 Noyabr 21:48"Kişi elə gəzməlidir ki, qadın bilməsin"
-
Avropa30 Noyabr 21:36101 yaşlı bodibilder uzunömürlülüyün SİRRİNİ AÇDI - VİDEO







































