Sosial
İki ölkənin gömrük orqanları arasında layihələr həyata keçiriləcək
Azərbaycan və Estoniya gömrük orqanları qabaqcıl təcrübələrinin öyrənilməsi və paylaşılması barədə ilkin razılıq əldə edib.
Publika.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bunu bu gün Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ölkənin Zəkat, Vergi və Gömrük İdarəsinin təşkilatçılığı ilə keçirilən “Zəkat, Vergi və Gömrük Konfransı” çərçivəsində DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyətinin Estoniya Vergi və Gömrük Şurasının baş direktoru Raigo Uukkivi ilə görüşündə bildirilib.
Bildirilir ki, görüşdə iki ölkənin gömrük orqanları arasındakı mövcud əlaqələrdən məmnunluqla bəhs edilib, qarşılıqlı faydalı layihələr barədə müzakirələr aparılıb.
Eyni zamanda Estoniya gömrük xidmətinin informasiya texnologiyalarının tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərdən danışılıb.
Həmçinin Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regioal Ofisində Estoniya gömrüyünün daimi təmsilçisinin mümkün fəaliyyətinin əhəmiyyəti vurğulanıb və əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi








.jpg)


























