Sosial
STM Türkiyənin "beyin mərkəzi" ilə anlaşmalar imzaladı
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətini sədri Zahid Oruc Türkiyənin nüfuzlu beyin mərkəzlərindən olan – İRAM -da görüşlər keçirib.
Araşdırmaları sahəsində mühüm təcrübələrə malik olan Mərkəz 2016-cı ildə Ankarada yaradılıb. 2022-ci ildən fəaliyyətini İstanbulda davam etdirən Mərkəzdə sosioloqlar, mütəxəssislər və araşdırmaçılardan ibarət yüksək səviyyəli kollektiv formalaşıb.
Publika.az xəbər verir ki, hazırda Türkiyə Xarici İşlər Nazirliyi daxil olmaqla, dövlət və özəl qurumlar üçün hesabatlar hazırlayan Mərkəz xüsusi layihələri ilə diqqət cəlb etməkdədir.
İRAM Türkiyə, Azərbaycan, Gürcüstan, Qətər, Küveyt, Yəmən, İraq, Əfqanıstan, Pakistan, Yaponiya və Finlandiyada mühüm layihələr icra etməkdədir. İRAM-ın fəaliyyəti sferasında mədəni, tarixi sosial, siyasi və iqtisadi sahələrdə seminar, təlim, konfransların təşkili də daxildir. Qurum Türkiyənin daxili və xarici siyasəti, iqtisadiyyatı, enerji sektoru, dəyişən demoqrafiyası, təhlükəsizlik problemlərinə dair hesabatlar hazırlamaqdadır.
Mərkəzin analizləri, perspektivlərə aid proqnozları, hesabatları, reportajları, media üçün xülasələri, akademik jurnalı, bülletenləri mövcuddur.
Görüş çərçivəsində İRAM başqanı Hakkı Uyğur STM rəhbərinə Mərkəzin tədbirləri haqda geniş məlumat verib və bildirib ki, təlim, təhsil, konfrans və tədqiqat standartları sahəsində iki qurum bu gün Avropada tətbiq edilən modern nailiyyətləri birlikdə tətbiq etməklə yanaşı, mühüm uğurlar əldə edə bilərlər.
Eyni zamanda Mərkəz rəhbərləri razılığa gəlib ki, araşdırma hesabatlarının hazırlanmasında, spesifik fəaliyyət sahələrində, durum analizlərinin hazırlanmasında, ortaq məsələlərə dair sosioloji çalışmaların koordinasiyasında birlikdə hərəkət etsinlər.
Sonda qərara alınıb ki, iki qurum arasında xüsusi nəzərdə tutulmuş təhsil proqramı həyata keçirilsin.

Ayşən Rəhim
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)




















.jpg)

.jpg)