Sosial
Putin gedir, taxılın qiyməti artacaq - Azərbaycana təsir edəcəkmi?
"Putinın mayın 18-dən sonra “taxıl müqaviləsi”ndən çıxmaq qərarı çox real görünür. Çünki, Rusiya ABŞ qarşısında Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyub. Lakin Amerikanın bu tələbləri qəbul etməsi real görünmür. “Taxıl müqaviləsi”ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zamanda taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompramisə gəlinə bilər. Məsələn, Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının logistikasının - ehtiyat hissələrinin və servis xidmətinin bərpası mümkün ola bilər".
Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı Eldəniz Əmirov deyib.

Onun sözlərinə görə, bu halda qiymətlərdə artımlar ola bilər: əgər kompromis əldə edilməsə və Rusiya taxıl sazişindən çıxaraq ABŞ-ın hayfını yavan çörəyə göz dikən xalqlardan çıxarsa, bunu özünə şərəf bilərsə,o zaman qiymətlərdə bir müddət böyük artımlar ola bilər".
Bəs, bu Rusiyanın idxalda yarada biləcəyi problemlər Azərbaycanda çörək qıtlığı və ya bahalaşması kimi hansı nəticəyə səbəb ola bilər.
İqtisadçı bildirib ki, Rusiya bunu davamlı saxlaya bilməz.
"Bəzi ölkələrdən olan dəstələrini də itirə bilər. Bu müəyyən zaman kəsiyində davam edə bilər. Bu müddət ərzində isə Azərbaycan üçün hər hansı ciddi nəticə gözlənilmir. Qeyd edilməlidir ki, Azərbaycan hökümətinin strateji hədəflərə nail olmaq baxımındən 2 strateji istiqaməti diğərlərindən daha uğurlu olur. Biri "Hərbi strategiya", digəri "Buğda Strategiyası"dır. "Buğda strategiyası" isə ərzaq təhlükəsizliyi strategiyasının onurğa sütunudur. Bu ilin 3 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 95% buğda idxal olunub. Daha dəqiq desək, cari ilin yanvar-mart aylarında Azərbaycana 108 mln. 758 min dollar dəyərində 356 min 147 ton buğda idxal edilib. Bu da əvvəlkindən 4,2 milyon ton, pul baxımdan isə 46,4 milyon çoxdur. Hələ nəzərə alaq ki 2022-ci ilin yanvarında da buğda idxalı 2021 ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çox olmuşdu. Eyni zamanda idxal istiqamətində liderlikdə daha etibarlı hesab edilən ölkəyə doğru dəymişdi. Buğdanın 50,1 faizi Qazaxıstandan, 49,9 faizi isə Rusiyadan idxal olunmuşdur", - o deyib.
E.Əmirov son olaraq vurğulayıb ki, hazırkı qiymətlərlə Azərbaycan kifayət qədər buğda ehtiyatı toplayıb. Buna görə də buğda qiymətləri bir neçə ay bahalaşsa da, ölkədə çörəyin qiymətini stabil saxlamağa imkanları var.
Ayşən Rəhim
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO










.jpg)

























.jpg)


