Sosial
Ordumuz “Ağ atlı oğlan”a necə dəstək oldu? - ARAŞDIRMA
Birinci Qarabağ müharibəsi mövzusunda çəkilmiş və ümidlə dolu olan filmlərimizdən biri də 1995-ci ildə ekran üzü görmüş “Ağ atlı oğlan” filmidir. “Ağ atlı oğlan”ın rejissoru olan Ənvər Əbluc ssenarini İsi Məlikzadə ilə birlikdə yazıb.
“İsi Məlikzadə həm gözəl insan, həm də gözəl yazıçı idi. Ssenarini özüm yazacaqdım, amma dedilər ki, olmaz, tək yazmayım. Mən də İsa Məlikzadəyə zəng etdim. Dedim ki, İsa, mənimlə bu ssenarini yazmağa vaxtın var? “Əlbəttə”, - dedi. Beləliklə, yaxşı ssenari ortaya çıxdı”, - Ənvər Əbluc deyib.
Film Qarabağın azadlığı uğrunda erməni qoşunlarına qarşı aparılan müharibədə məktəbli oğlanın qəhrəmanlığından bəhs edir. Filmin qəhrəmanı nağıllar aləmində yaşayan, tez-tez nənəsinin danışdığı nağılları yada salan 12 yaşlı Muraddır. Cəbhə bölgəsinə yaxın kənddə yaşayan Murad qardaşı Rəşadla birlikdə nənəsinin himayəsində böyüyüb, atasının isə Bakıda öz ailəsi var. Şəhid dəfni Murada çox pis təsir edir. Anasını itirmiş Murad Vətənini qorumaq üçün gizlincə cəbhə bölgəsinə gedir.
Bu nağılın qəhrəmanı hər dəfə ağ paltarda, ağ atda gözlənilmədən meydanda görünəndə xalq ədalətin, xeyrin şər üzərində qələbəsinin şahidi olur və günlərin birində Qarabağ uğrunda döyüşlərdə Murad da öz ağ tankında meydanda görünür.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin süjetində:
-
Yaxın Şərq16:33İranın Ali Rəhbəri haradadır? - Öldüyü deyilən Xamenei ilə bağlı RƏSMİ AÇIQLAMA
-
İdman16:27PSJ-nin ulduzu "Liverpul"la oyundan əvvəl şok xəbər alıb: Qardaşı sevgilisini... - FOTOLAR
-
Sosial16:17Bakıda faciəvi şəkildə ölən zabit olub
-
Nida Xəbər 15:52Prezidentin yüksək vəzifə verdiyi Əməşov kimdir? - FOTO
-
Region15:42Paşinyandan yeni Konstitusiya açıqlaması: Yalnız bir seçim var
-
Yaxın Şərq13:3240 günlük müharibə: İsrailin itkiləri açıqlandı – 7451 nəfər...
-
Magazin112:46Aygün Kazımovanın qaziyə jesti rəğbətlə qarşılandı - VİDEO
-
MDB12:14Zelenski Putinlə görüşün yerini açıqladı - Nə Kiyev, nə də Moskva







































