Sosial
Hindistandan Azərbaycana gətirilən, kilosu 4 manata olan ət: görün harada istifadə olunur - VİDEO
2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Hindistandan ümumilikdə 4 milyon 421 min dollar dəyərində 1 705 ton mal əti alıb . Dövlət Statistika Komitəsinin məlumatına görə, 1 ton ətin idxal qiyməti son bir ildə 9,8% azalıb. Hindistandan 1 kiloqram ətin idxalı 4,41 manata, 2022-ci ilin eyni dövründə 5,49 manata (1,08 manat ucuzlaşma) başa gəlib (fed.az).
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az-a bildirib ki, Hindistandan gətirilən ət təhlükəsizdir.
Onun sözlərinə görə, idxal olunan həmin ətlər əksər hallarda camış əti olur və kolbasa məhsullarının hazırlanmasında istifadə olunur.
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı araşdırmalar nəticəsində məlum olub ki, bəzi istehsalçılar kolbasa ət məmulatlarının etiketinə mal əti yazıblar. Əslində, bu da səhv deyil. Çünki hər ikisi iribuynuzludur. Bununla bağlı müəyyən cərimələr də tərtib edilib. Hazırda kolbasa və sosiskaların üzərinə tərkibində camış ətinin olduğu qeyd edilir. Lakin istisna deyil ki, bəzi işbazlar bu ətdən harada və necə istifadə edirlər. Amma hesab edirəm ki, camış əti inək ətindən də sağlamdır”, - AİB sədri qeyd edib.

E. Hüseynov bildirib ki, ətlərin etiketi kolbasa məhsullarına vurulduğu kimi, digər qida vasitələrinə də tərkibi ilə bağlı etiket vurulmalıdır: “Bu barədə AQTA-ya bildirmişəm. Yağların üzərində də mənşəyi yazılmalıdır. Agentlik təkcə “iribuynuzlu” sözünü yazdıqlarına görə istehsalçılara irad bildirdiyi kimi, yağların tərkibini yazmayan şirkətlərə də xəbərdarlıq etməlidir. Bütün hallarda mənşəyin bilinməsi çox vacibdir”.
Aysel Şahmar
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı










.jpg)


























.jpg)

.jpg)