Sosial
Bakıda böyük söküntü başlayır: Alatava yox olacaq?
Bakının 2-ci Alatava adlanan ərazisində söküntü işləri aparıla bilər. Bu ərazi, şəhərin inkişaf planları çərçivəsində yenidən qurulması nəzərdə tutulan sahələrdən biridir.
Xırdalan dairəsindən üzü 20 yanvar metro stansiyasına tərəf və əks istiqamətdə daim fasiləsiz-ağır tıxacın olması bu yola alternativ köməkçi yolların çəkilməsi və yol qovşaqlarının tikintisi ilə bağlı prosesə start verilməsini prioritetə çevirib. Hazırda təhsil ocaqlarının bağlı olmasına, əhalinin böyük əksəriyyətinin istirahətə getməsinə baxmayaraq bu yolda tıxac səngimir. Yeni çəkiləcək yollar, tikilməli olan yol ötürücülərın bir hissəsi 2-ci alatava qəsəbəsi ərazisindən keçəcək. Bu yolda tıxacın azaldılması və nəqliyyatın intensiv hərəkətinin artırılması ilə bağlı aidiyyəti qurumlara verilən tapşırıqların icrası isə yeni yol qovşaqlarının tikilməsi və köməkçi yolların çəkilməsi ilə mümkün olacaq.
2-ci Alatava qəsəbəsində nə baş verir? Əhali ərazidə ölçüb-biçən dövlət nümayəndələri ilə qarşılaşır. Əllərinə müəyyən sputnikdən çəkilən fotolar keçir. Bir də gəzən söz-söhbət. Reallıq nə yerdədir?
Publika.az News24.az-a istinadən xəbər verir ki, bu plana uyğun olaraq ərazidə müasir infrastruktur və yeni yaşayış binalarının tikilməsi planlaşdırılır.
Ərazidə yaşayan sakinlər və mülkiyyət sahibləri söküntü işlərinin həyata keçirilməsi ilə bağlı narahatlıqlarını ifadə edirlər. Onlar kompensasiya məsələləri və yeni yaşayış yerlərinin təminatı ilə bağlı məlumatların dəqiq olmamasından narazıdırlar.
Rəsmi qurumlar hələlik ərazinin tam şəkildə sökülməsi ilə bağlı qərar qəbul etməyiblər. Ancaq gələcəkdə bu ərazinin inkişaf planları çərçivəsində yenidən qurulması gözlənilir.
-
Dünya06:16İrandan ABŞ-ın sanksiyalarına reaksiya: Planımız hazırdır
-
Qoroskop01:40Bu bürclərin həyatında köklü dəyişikliklər olacaq
-
Kriminal24 Avqust 23:00Canlı yayımda söyüş söydü, həbs edildi
-
Elm və təhsil24 Avqust 22:04Ana və iki övladı eyni vaxtda tələbə oldu - Foto
-
Kriminal24 Avqust 20:00İkisi də spirtli içki aludəçisi imiş... - Bakıda qadının ərini öldürməsinin təfərrüatları
-
Elm və təhsil24 Avqust 19:10Neçə nəfər ali məktəblərə qəbul olundu? - Rəsmi
-
Elm və təhsil24 Avqust 18:40Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı
-
Cinayət dünyası24 Avqust 17:16İsraildə “Qafqaz mafiyası”nın başçısı güllələndi: Başına 1 milyon qoyulmuşdu - FOTO




















.jpg)












.jpg)

