Sosial
Bu peşələrdə çalışanlar daha çox boşanır - SİYAHI
ABŞ-da 500-dən çox peşə üzrə aparılan araşdırmada boşanma göstəricisinin ən yüksək olduğu peşələr müəyyənləşdirilib. Siyahının ilk pilləsində səhiyyə xidmətləri üzrə mütəxəssislər qərarlaşıb.
Publika.az xəbər verir ki, araşdırmaya əsasən, bu peşə qrupunda boşanma göstəricisi 48,3 faiz təşkil edir. İkinci yerdə 48 faizlə telemarketinq əməkdaşları, üçüncü yerdə isə 47,9 faizlə masaj terapevtləri qərarlaşıb. Dördüncü yerdə avtobus sürücüləri (47,8%), beşinci yerdə isə çap maşını operatorları (47,6%) yer alıb.
Araşdırmada yüksək göstəricilərin uzun və nizamsız iş saatları, növbəli rejim və stress kimi amillərlə əlaqəli ola biləcəyi qeyd edilir. Bununla belə, mütəxəssislər təkcə peşənin boşanmaya səbəb olmadığını, iş və şəxsi həyat arasındakı balansın da mühüm rol oynadığını vurğulayırlar.
Maraqlıdır ki, boşanma göstəricisinin ən aşağı olduğu peşələr arasında sığorta və risk analitikləri 14,2 faizlə ilk sıradadır. Onları fizika elmləri mütəxəssisləri (17,2%), informasiya texnologiyaları mütəxəssisləri (18,7%), proqram təminatı mütəxəssisləri (18,9%) və fizioterapevtlər (19%) izləyir.
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq




























.jpg)









.jpg)
