Sosial
Sabah bu ərazilərdə qaz olmayacaq
Sabah Astara, Masallı və Yardımlı rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
Publika.az xəbər verir ki, Astara rayonu Balaca Şahağacı kəndində orta təzyiqli yeraltı daşıyıcı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması ilə əlaqədar "Şahağac" qaz paylayıcı stansiyadan qidalanan Kakalos, Balaca Şahağacı, Qamışoba və Pensər kəndinin bir hissəsi olmaqla, ümumilikdə 1 100 abonentin qaz təchizatının sabah saat 14:00 dan işlər yekunlaşana kimi dayandırılması planlaşdırılır.
Eyni zamanda Masallı rayon ərazisində yerləşən “Alvadı” qaz paylayıcı stansiyadan qidalanan, Köhnə-Alvadı, Bambaşı kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədi ilə sabah saat 10:00 dan işlər yekunlaşana qədər Bambaşı, Böyük Xocavar və Yeyənkənd kəndlərinin, ümumilikdə 1 900 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Həmçinin Yardımlı rayonu Şilavəngə, Çayüzü və Perimbel kəndlərini təbii qazla təchiz edən orta təzyiqli qaz xətlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14.00-dan işlər başa çatanadək, ümumilikdə 300 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
-
ABŞ09:12ABŞ prezidentinin təyyarəsi niyə gizlicə dəyişdirilib? - Tramp özü danışdı
-
MDB09:00Xəzər pələngi vəhşi təbiətə qaytarılır
-
Sosial08:36Bu rayonların bir hissəsi qazsız qalacaq
-
Qadın08:00Qadınların xəyanət etməsinin 5 SƏBƏBİ
-
İdman06:46Superkompüter La Liqanın favoritini açıqladı
-
Magazin106:1651 yaşlı məşhur aktrisadan bikinili pozalar - FOTO
-
İKT03:43Məşhur ödəniş sistemi "App Store"dan SİLİNDİ
-
Sosial01:41Bu gün 3 rayon işıqsız qalacaq



















.jpg)













