Sosial
Bu restoranda saxta məhsullar aşkarlandı - FOTO
Ağdaşda “Ağdaş Palace” restoranında yoxlama zamanı qanun pozuntusu qeydə alınıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılan yoxlama zamanı müxtəlif istehsalçılara məxsus 20-dən çox əmtəə nişanlı, 325 ədəd məhsulda uyğunsuzluq və saxtalaşdırma halları aşkar olunub.
AQTA-nın Mərkəzi Aran Regional bölməsinin aparıcı məsləhətçisi Məhəmməd Həsənli bildirib ki, yoxlama zamanı ictimai-iaşə müəssisəsinin anbar sahəsində çoxlu sayda spirtli içki məhsulları aşkar edilib və həmin məhsulların orijinallığı ilə bağlı ciddi şübhələr yaranıb. Belə ki, bəzi məhsulların qablaşdırılması və etiketlənməsində orijinal qablaşdırılmış içkilərdən fərqli olması müəyyənləşib.
“Həmçinin saxta olmasına aşkar şübhələr yaranmış spirtli içkilərin qida təhlükəsizliyi sahəsində müvafiq müşayiətedici sənədləri tələb olunsa da, məhsulların keyfiyyət və təhlükəsizliyini təsdiq edən heç bir sənəd təqdim edilmədi. Qeyd olunanlara əsasən, ictimai-iaşə müəssisəsinin vəzifəli şəxsi barəsində inzibati protokol təqdim edildi, şübhəli məhsullardan nümunələr götürüldü və laborator analiz nəticələri məlum olana qədər məhsullara toxunulmaması barədə müvafiq akt tərtib olundu”, - deyə o əlavə edib.
Araşdırma zamanı aksiz markası olmayan və saxtalaşdırılma halları aşkar edilən müxtəlif əmtəə nişanlı spirtli içki məhsulları, habelə saxtalaşma halları vizual olaraq aşkar olunmayan, lakin məhsulun sağlamlığını təsdiq edən sənəd və qaimə fakturaları təqdim edilməyən məhsullar da müəyyən olunub.
“Ağdaş Palace” restoranın vəzifəli şəxsi barəsində aşkar olunmuş nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən, protokol tərtib olunaraq məsuliyyətə cəlb edilib. Həmçinin restoranın vəzifəli şəxsi gələcək fəaliyyətində bu kimi halların bir daha təkrarlanmaması üçün yenidən məlumatlandırılmaqla, icrası məcburi olan göstərişlər verilib.
-
Dünya07:35Qırmızı dənizdə böyük savaş qoxusu - Türkiyə donanması səhnəyə çıxır
-
Sosial06:46Komitə rəsmisindən valideynlərə xəbərdarlıq
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı



























.jpg)








