Sosial
MEDİA-nın təşkilatçılığı ilə Gəncədə təlimlər keçirildi - FOTO
Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Gəncə şəhərində görüş keçirilib, müxtəlif mövzularda təlimlər təşkil olunub.
Publika.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli çıxış edib.
O qeyd edib ki, MEDİA Agentliyi tərəfindən region mediasının ümumi vəziyyəti, mümkün inkişaf perspektivləri daim diqqət mərkəzində saxlanılır, regionlarda çalışan media nümayəndələri üçün təlimlər keçilir, qarşılıqlı təcrübə mübadiləsi məqsədilə səfərlər təşkil olunur, fikir mübadilələri aparılır. O, həmçinin vurğulayıb ki, bugünədək bir çox regionlarda icra olunan “Regional Medianın İnkişafı” layihəsi əhəmiyyətli nəticələrlə yadda qalıb.
Regionlara daha öncə təşkil edilən səfər və görüşlər nəticəsində hazırlanan diaqnostik icmalda keçirilməsi nəzərdə tutulan inkişaf proqramları çərçivəsində Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.
Region gənclərinin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda gənclərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.




-
Dünya08:12Yağışdan gizlənən üç qızı ildırım vurub öldürdü
-
İKT08:00“Samsung” istifadəçilərinə üzücü xəbər
-
Ekologiya07:17Bu gün yağış yağacaq
-
Magazin206:16Azərbaycanlı məşhur reper qəza törətdi - VİDEO
-
Sağlamlıq05:15Şam yeməyini gec yeyənlərə XƏBƏRDARLIQ
-
Magazin204:44Məşhur aktyorun ölüm xəbəri yayıldı - FOTO
-
Magazin101:41Lalə Azərtaş yeni verilişlə geri dönür
-
Magazin100:45Azərbaycanlı aparıcı boşanır? - “Hər şey ola bilər” (FOTO)











.jpg)
















.png)

.jpg)





