Sosial
Hədə-qorxu ilə ailə quran kişidən ŞOK İDDİA: uşaq məndən deyil - VİDEO
10 yaşına qədər uşaq evində böyüyən şəxs həyat yoldaşından boşandığı vaxtdan bəri problemlə üz-üzə qalıb.
Publika.az xəbər verir ki, İslam Piriyev deyir ki, 2012-ci ildə ailə həyatı qurub. İddiasına görə, evləndiyi günün səhərisi həyat yoldaşının səhhətində problem yaranıb və onu xəstəxanaya aparıb. Həkimlər isə ona "təbrik edirik, həyat yoldaşın hamilədir" deyiblər.
Onun sözlərinə görə həyat yoldaşının qohum-əqrəbasının hədə-qorxusundan ehtiyat edib və 1 il evli qalıb, sonra boşanıb. Üstündən illər keçib, 1 il əvvəl isə xəbər tutub ki, ona aliment kəsilib.
Oxuma-yazma bilməyən İslam başına gələnləri də savadsızlığı ilə əlaqələndirir.
Məsələ ilə bağlı hüquqşünas Şamil Paşayev bildirib ki, bu halda şəxs atalığın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməlidir.
Ş.Paşayev deyib ki, həmin şəxsin ata olmadığı ekspertiza vasitəsilə müəyyənləşərsə, o zaman indiyədək ödədiyi alimentin aidiyyəti qaydada anadan tutulması ilə bağlı məhkəməyə müraciət edə bilər.
Daha ətraflı "Xəzər" TV-nin süjetində:
-
Sosial13:30Əlli min müəllim ixtisar oluna bilər - HƏYƏCAN SİQNALI
-
Sağlamlıq12:59Bu gecə Yer kürəsi vurulacaq - Xəbərdarlıq edildi
-
Sosial12:13Bu universitetdə erməni dilində kurslar təşkil edildi
-
Nida Xəbər 11:47Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
-
Sosial11:18Mayda 14 gün qeyri-iş günü olacaq
-
Nida Xəbər 11:03Milli Məclisin iclası başladı
-
Nida Xəbər 10:36Ali Məhkəmədən mühüm qərar
-
İdman10:18Trampın Ceyk Polla rəqsi gündəm oldu - VİDEO









.jpg)

























