Sosial
Parlament Konfransının iştirakçıları Fəxri xiyabanda - FOTO
Beynəlxalq parlament konfrasının iştirakçıları Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət ediblər.
Publika.az xəbər verir ki, dekabrın 7-də ölkəmizdə səfərdə olan “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusundakı beynəlxalq parlament konfransının iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar. Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Konfrans iştrakçıları sonra 1918-ci ildə Azərbaycanın ərazi bütövlüyü və Bakının azad edilməsi uğrunda döyüşlərdə həlak olmuş qəhrəman türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsini ziyarət edib, gül dəstələri düzüblər.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Heydər Əsədov, Eldar Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Səttar Möhbalıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
-
Hadisə13:44Bakıda 8 şagird saqqızdan zəhərləndi
-
Hadisə13:15Azərbaycanlı milyarderin Xəzər dənizindəki obyekti PUA ilə vuruldu
-
Hadisə12:31Azərbaycanda generalın oğlu həbs edildi
-
İdman10:52"Qarabağ"ın ÇL-dəki vəziyyəti: Şans var?
-
Dünya10:28Dekabrın 14-ü səmaya baxmağı unutmayın: Nə baş verəcək?
-
İdman10:16"Qarabağ"la oyundan əvvəl "Ayaks"ın düşərgəsində nə baş verib? - Belə olmasaydı...
-
Dünya09:46Ukraynalıların 82 faizi istəyir, imzala - Trampdan Zelenskiyə çağırış
-
İdman09:24Uşaq sığınacağından təsirli görüntü: "Qarabağ"ın oyununa baxmaq üçün... - VİDEO










.jpg)



.jpg)















.jpg)






