Sosial
5 ilə vətəndaşlara geri qaytarılan ƏDV-in məbləği açıqlandı
Beş ildir ki, vətəndaşlar alış-veriş edərkən ödədikləri ƏDV-nin bir hissəsi onlara geri qaytarılır. ƏDV geri al layihəsinin tətbiqindən sonra istehlakçılar dükanlarda, kafe və restoranlarda ödəniş edərkən kassa çekini tələb etməyə başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən Trend-in sorğusuna cavab verilib.
Bildirilib ki, ƏDV geri al layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.
"Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq", - deyə məlumatda qeyd olunub.
-
Magazin119:24"Atışma səsləri, alovların içindən keçdik" - Ölümlə üz-üzə qaldılar
-
Hadisə18:00Ağcabədidə dəhşətli qətl: Ər arvadını balta ilə doğradı
-
MDB17:41Məşhur aktrisanı maşın vuraraq öldürdü
-
Elm və təhsil17:22Əməkdar həkimə vəzifə verildi - Foto
-
MDB17:09Turistlər dəhşətli meşə yanğınını belə törətdilər - Video
-
İdman15:54Ronaldo bir dəfə saunada bədənini göstərib soruşdu ki… - Antoni
-
Ekologiya15:46Hava ilə bağlı xəbərdarlıq
-
Hadisə15:30Vəfat edən həkimin ölüm səbəbi məlum oldu - FOTO






























.png)

.jpg)






