Sosial
Milli Kitabxanada Türkmənistan guşəsinin açılışı oldu

Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılışı olub Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günləri davam edir.
Oktyabrın 14-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Türkmənistan ədəbiyyatı guşəsi”nin açılış mərasimi keçirilib.
Milli Kitabxananın direktoru Kərim Tahirov açılış nitqində kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasını əlamətdar hadisə kimi dəyərləndirib, iki ölkə arasında ədəbi əlaqələrin inkişafına töhfə verəcəyini deyib.
Azərbaycan mədəniyyət nazirinin müavini Fərid Cəfərov son illərdə iki ölkə arasında mədəni əlaqələrin sürətlə inkişaf etdiyini diqqətə çatdırıb. Ölkəmizdə keçirilən Türkmənistan Mədəniyyəti Günlərinin bu mənada böyük əhəmiyyət daşıdığı qeyd olunub. Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov Azərbaycanda türkmən ədəbiyyatına və mədəniyyətinə olan geniş maraq və diqqətdən məmnunluğunu bildirib.
O, Milli Kitabxanada “Türkmənistan ədəbiyyatı guşəsi”nin yaradılmasına görə kitabxananın rəhbərliyinə təşəkkür edib. Nazir müavini həmçinin guşənin yeni nəşrlərlə davamlı zənginləşdirilməsi üçün addımlar atılacağını deyib. AMEA-nın prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Azərbaycanda Türkmənistan ədəbiyyatı ilə bağlı aparılan araşdırmalardan söz açıb, Ədəbiyyat İnstitutunda görkəmli türkmən şairi və mütəfəkkiri Məxtimqulu Fəraqi adına mərkəzin fəaliyyət göstərdiyini bildirib.
Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı səfiri Qurban Elyasov ədəbiyyat və mədəniyyəti xalqlarımız arasında etibarlı körpü kimi səciyyələndirib. Diplomat yaxın gələcəkdə Türkmənistan Milli Kitabxanasında da “Azərbaycan ədəbiyyatı guşəsi”nin yaradılmasının vacibliyini vurğulayıb.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcid, AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev, qardaş ölkənin tanınmış şair və tərcüməçiləri – Türkmənistan Mədəniyyət Nazirliyinin əməkdaşı Akmurat Rəcəbov, “Türkmənistan” qəzetinin xüsusi müxbiri İsmayıl Taqanov, “Nəsil” qəzetinin məsul katibi Orazmurat Muradov, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məxtimqulu Fəraqi adına türkmən ədəbiyyatı mərkəzi”nin rəhbəri filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı və başqaları çıxış ediblər.
Çıxışlarda iki ölkə arasında ədəbi əlaqələrin daha da genişləndirilməsi üçün bədii əsərlərin qarşılıqlı olaraq qardaş xalqların dillərinə uyğunlaşdırılması və nəşri ilə bağlı görülmüş işlərdən danışılıb, fikir mübadiləsi aparılıb.













-
MDB18:51
Rusiyalı məktəblinin smartfonu şalvarının cibində PARTLADI
-
İdman17:30
Bu gözəlin sevgilisi ötən mövsüm Avropanı fəth edib: Görün o kimdir - FOTOLAR
-
Sosial17:12
Bu şəxslərin kommunal xərclərinin 20 faizini dövlət ödəyəcək
-
Cənubi Qafqaz16:36
ATƏT sədri İrəvanda erməniləri məyus etdi
-
Rəsmi xronika16:25
İlham Əliyev fərman imzaladı
-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?