Sosial
“Qanunsuz pullara görə ailəmiz dağıldı” - Xanımı vəzifəli ərini məhkəməyə verdi
Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsi Eduard Hacıyev həyat yoldaşı Xanım Hacıyeva (ad şərtidir) tərəfindən məhkəməyə verilib.
Publika.az xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsində baxılıb.
X.Hacıyeva ərazisində qeyd edib ki, həyat yoldaşı onu döyərək yaşadıqları evdən azyaşlı uşaqları ilə birgə qovub. Onun sözlərinə görə, əri uzun müddətdir Müdafiə Nazirliyinin Maliyyə İdarəsində işləyir.
Hazırda boşanma ərəfəsində olan qadının iddiasına görə, Eduard Hacıyev aldığı avtomobil və daşınmaz əmlakları qohumlarının adına sənədləşdirir. Onun sözlərinə görə, ərinin maaaşı təqribən 2 min manat olsa da, qeyd edilən əmlakları əldə etməsi mümkün deyil və həmin qanunsuz pullar onların ailəsinin dağılmasına səbəb olub.
X.Hacıyeva ərizəsində onu da bildirib ki, ümumilikdə 47.650 manat dəyərində cehiz kimi gətirdiyi şəxsi əmlak və birgə nikah dövründə alınan əşyalar cavabdehdən alınaraq ona verilməlidir.
Məhkəmənin hökmünə əsasən, iddia qismən təmin edilib. Qərara əsasən, cavabdeh həyat yoldaşına dəyəri təxminən 7 min manat olan qızılları qaytarmalı, o cümlədən 1047 manat ödəməlidir.
Qeyd edək ki, Eduard Hacıyev daha öncə Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmələrdə dindirilib.
Eduard Hacıyev 2020-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi hərbi hissədə işlədiyi dönəmdə 151 min manat pul mənimsədiyini, onu da geri qaytardığını etiraf etmişdi.
-
Magazin107:15Könül Kərimova daha da arıqladı: indi belə görünür - FOTO
-
Dünya05:45Bu ölkədə əhali sayına limit qoyulacaq - 10 milyonu keçməsin!
-
İdman03:18Messi karyerasını bitirdikdən sonra burada yaşayacaq: Bekhem sirri açdı
-
Qoroskop00:55Günün ulduz falı: romantik və emosional anlar yaşanacaq
-
Hadisə7 Dekabr 23:35Ağ Şəhərdə dənizdə batan şəxs belə xilas edildi - VİDEO
-
Sağlamlıq7 Dekabr 21:13H3N2 virusu sizi xəstəxanalıq edə bilər - Bu əlamətlərə diqqət!
-
Digər7 Dekabr 21:00Güclü maqnit qasırğaları olacaq - XƏBƏRDARLIQ
-
Ekopublika.az7 Dekabr 20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR






.jpg)






















.jpg)




