Sosial
“ASAN İmza” indi “Azercell” tətbiqində!
Yeni funksiya “ASAN İmza” məlumatlarını bir toxunuşla əlçatan edir
Rəqəmsal həllərini davamlı olaraq təkmilləşdirən “Azercell” “ASAN İmza” xidmətinin əsas məlumatlarını mobil tətbiqinə inteqrasiya edib. Yeni funksiya vasitəsilə istifadəçilər tətbiq üzərindən gücləndirilmiş mobil elektron imzanın etibarlılıq tarixi, statusu, xidmətin növü və aylıq uzatma müddəti kimi vacib məlumatları rahatlıqla əldə edə bilirlər.
İlkin mərhələdə xidmət yalnız Fakturasız (SimSim) xətt abunəçiləri üçün təqdim olunub, növbəti mərhələdə isə Fakturalı xətt müştəriləri üçün də əlçatan olacaq.
Yeni həll “Azercell” abunəçilərinin müştəri təcrübəsini daha da optimallaşdırır və keyfiyyətli xidmətlərə daha rahat çıxış imkanı yaradır.
-
Nida Xəbər 20:00İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı




































