Sosial
Ev almaq istəyənlərin nəzərinə: Bu ərazilərdə qiymət ucuzlaşacaq
Uzun müddətdir əmlak bazarından davam edən qiymət artımında son günlər durğunluq müşahidə olunur. Hazırda əmlak bazarında müşahidə olunan canlanmaya səbəb qiymətlərin enməsi və stabilliyidir. Paytaxtın müxtəlif ərazilərində həm yeni, həm də köhnə tikililərdə ucuzlaşma başlayıb.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Tribuna-ya danışan əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, artıq neçə ildir əmlak bazarında davam edən bahalaşma alıcıları narahat etməyə başlamışdı. Ekspertin sözlərinə görə, bu bazarda alıcılıq qabiliyyətini də aşağı salmışdı:
“Paytaxtın mərkəz ərazilərində qiymətlər stabilləşsə də, ətraf ərazilərdə hazırda qiymət enmələri müşahidə olunur. Bu da alıcı qıtlığı ilə əlaqədardır. Çünki son illər qiymətlər fantastik dərəcədə qalxmışdı və hətta ucuz hesab etdiyimiz yerlərdə də evlər bahalaşırdı. Son günlər isə qiymətlərdə stabilləşmə və hətta bir neçə yerdə enmə müşahidə olunur. Bura Bakının ətraf əraziləri daxildir. Mərkəzdən fərqli olaraq ərtaf ərazilərdə qiymətlərdə cüzi enmələr var”.
E.Fərzəliyevin sözlərinə görə, mərkəzi ərazilərdə olan ev qiymətlərindəki durğunluq qiymətlərin sabitləşməsinə səbəb olub. Ekspert hesab edir ki, proses bu şəkildə davam edərsə qiymətlərin daha da enməsi mümkündür:
“Gələcəkdə müştərilərin az olması və qiymətlərin də stabil olaraq qalması yaxın müddətdə qiymətlərin qismən, yəni 10-15 faizə qədər enməsi ilə nəticələnə bilər”.
-
Magazin203:43"Çukur"un aktrisası ailə qurdu: gəmidə nikah mərasimi... - Foto
-
Qoroskop01:20Günün ulduz falı: iş həyatınızda müsbət irəliləyişlər olacaq
-
İdman7 Avqust 23:35Rusiya məşhur klubun stadionunu bombaladı - Video
-
Hadisə7 Avqust 22:04Kanalda boğulan 15 yaşlı yeniyetmənin fotosu - Yeniləndi
-
Magazin17 Avqust 20:00Ceki Çan Bakıdakı çəkiliş zamanı zədələndi - Foto
-
Kriminal7 Avqust 19:20Polis erkən nikahın qarşısını aldı
-
Dünya7 Avqust 17:11Dünya liderlərinin neçə uşağı var? - 13 övladla rekorda imza atdı
-
Region7 Avqust 16:37Paşinyandan rusiyalı jurnalistlərin istehzalı sualına cavab: Yaxşı ideyadır





























.jpg)








