Sosial
İmişlidə tonlarla xurma ağaclarda çürüyür - VİDEO
İmişlidə bol xurma məhsulu var, lakin alıcı azdır. Ona görə də tonlarla meyvə ağaclarda çürüyür.
Publika.az Xezerxeber.az-a istinadən xəbər verir ki, İmişlinin Şahverdili kəndinin sakinləri deyirlər ki, bu il xurmanın bol olması fermərləri sevindirib.
Amma alıcı olmadığından məhsulu satmaq mümkün olmur. Ağaclarda qalan meyvələr yavaş-yavaş çürüməyə başlayıb.
Fermerlər deyirlər ki, təklif olunan qiymət xurmanın ağacdan yığılması üçün çəkilən xərcə dəymir. Buna görə də onlar yalnız öz ehtiyacları qədər məhsul yığır, qalanı isə ağaclarda xarab olur. Daxili bazarda bolluq olduğuna görə qiymət aşağıdır. Məhsulu xaricə çıxarmaq imkanı isə yoxdur. Bundan başqa, meyvəni yığıb saxlamaq üçün anbarların olmaması işi daha da çətinləşdirir.
Fermerlərin az da olsa qalan ümidi havanın şaxtalı keçməməsidir. Çünki temperatur kəskin aşağı düşərsə, ağacda qalan məhsul tamamilə məhv olacaq.
-
Magazin106:16“Səməni”nin içindən görün kim çıxdı - VİDEO
-
Sağlamlıq05:15Stressdən azad olmağın sadə və sürətli yolu
-
ABŞ02:42Sərnişin təyyarəsi işıq dirəyinə çırpıldı - Sonra çörək maşınının...
-
İdman01:11"İnter" vaxtından əvvəl İtaliya çempionu oldu
-
Region00:15Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə səmimiyyət sizi xoşbəxt edəcək
-
Hadisə3 May 22:48Lerikdə ildırım vuran gənc öldü
-
Magazin23 May 22:36Azərbaycanlı aktrisa toyundan paylaşım etdi - FOTO





























.png)


.jpg)




