Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır
Bizi izləyin

Sosial

Liviya Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlığın qurulmasında maraqlıdır

Paytaxtımızda keçirilən “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirində Liviya Dövlətinin mədəniyyət və koqnitiv inkişaf naziri Mabroukah Osman Toghi də iştirak edir.

Dekabrın 9-da Bakı Konqres Mərkəzində mədəniyyət naziri Adil Kərimli ilə liviyalı həmkarı arasında ikitərəfli görüş olub.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Nazir Liviyanın beynəlxalq festivalda yüksək səviyyədə təmsil olunmasına görə qarşı tərəfə minnətdarlığını bildirib. Adil Kərimli Azərbaycanla Liviyanın BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiklərini deyib, festivalın iki ölkənin mədəni əməkdaşlığını müzakirə etmək üçün yaxşı fürsət olduğunu diqqətə çatdırıb.

Azərbaycanla mədəniyyət sahəsində sıx əməkdaşlıq qurmaq niyyətində olduqlarını vurğulayan liviyalı nazir iki ölkə arasında mədəni münasibətlərin genişləndirilməsi üçün birgə fəaliyyətin səmərəli nəticələr verəcəyinə inamını ifadə edib.

Görüşdə mədəni əlaqələrin perspektivləri müzakirə olunub, gələcəkdə bu istiqamətdə təmasların davam etdirilməsi barədə razılığa gəlinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm