Sosial
Biləsuvarda bacı-qardaş 70 yaşlı qadını boğaraq öldürüb
Biləsuvar rayon prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində Biləsuvar rayon İsmətli kənd sakini, 1955-ci il təvəllüdlü Almaz Cəfərovanın qəsdən öldürülməsi müəyyən edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.
Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü Qasım Həsənov və bacısı 1995-ci il təvəllüdlü Gülbəniz Həsənzadənin qabaqcadan əlbir olaraq cari il noyabrın 3-də Almaz Cəfərovanı yaşadığı evdə yastıqla boğaraq qəsdən öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Qasım Həsənov və Gülbəniz Həsənzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
-
Magazin119:55Emin Ağalarov ad günündən görüntülər paylaşdı - VİDEO
-
Sağlamlıq18:55Çindən Azərbaycana gətirilən bu məhsulda AĞIR METALLAR aşkarlandı - FOTO
-
Nida Xəbər 18:45Gültəkin Hacıbəyli Türkiyədən DEPORT OLUNUR
-
Region17:49Ermənistanda da pensiya yaşı artırılır?
-
İdman16:53"Fənərbağça"nın ulduzunun yeni sevgilisi: Özündən 9 yaş kiçikdir - FOTOLAR
-
MDB16:14Benzinlə bağlı vacib qərar: 2026-cı ilin əvvəlində...
-
Nida Xəbər 15:53Şəxsiyyət vəsiqəsi, pasport və sürücülük vəsiqəsi ilə bağlı YENİ QƏRAR
-
Nida Xəbər 15:08Prezidentin yüksək vəzifə verdiyi Aida Hüseyn kimdir? - DOSYE









.jpg)















.jpg)









