Sosial
Azərbaycanda narkomanların sayı artdı
Alkoqolizm və alkoqol psixozu diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı son on ildə azalıb. Belə ki, 2015-ci ildə hər 100 min nəfərə 227 xəstə düşürdüsə, 2024-cü ildə bu göstərici 94-ə qədər enib. Kişilər üzrə bu rəqəm 438-dən 185-ə, qadınlar üzrə isə 18-dən 3-ə qədər azalıb.
Publika.az Oxu.az-a istinadən xəbər verir ki, alkoqolizmdən əziyyət çəkənlər arasında 17 yaşına çatmayan xəstələrin sayı minimal olaraq 0.04-dən 0.08-ə dəyişib. 18-29 yaş arasında xəstələrin sayı 60-dan 88-ə qədər artıb. 30-49 yaş qrupunda isə azalma müşahidə olunub və göstərici 324-dən 172-ə enib. 50 yaş və yuxarı şəxslər arasında xəstələrin sayı 519-dan 93-ə qədər azalıb.
Narkomaniya diaqnozu ilə qeydiyyatda olan xəstələrin sayı isə artır. 2015-ci ildə hər 100 min nəfərə 298 xəstə düşürdüsə, 2024-cü ildə bu rəqəm 396-ya yüksəlib. Kişilər üçün bu göstərici 585-dən 776-ya qədər artıb, qadınlarda isə 12-dən 20-yə qədər yüksəlib.
Yaş qruplarına görə 0-17 yaş arasında narkomaniya xəstələrinin sayı 0.3-0.5 aralığında dəyişib. 18-29 yaş qrupunda xəstələrin sayı 248-dən 603-ə qədər artıb. 30-49 yaş arasında bu göstərici 532-dən 742-ə qədər yüksəlib. 50 yaş və yuxarı şəxslərdə isə azalma müşahidə olunub və rəqəm 380-dən 237-ə düşüb.
-
İKT16:05Süni intellekt savaşında sensasiya: Zukerberq Trampa qarşı çıxdı
-
Magazin115:24Sevda Ələkbərzadə görünüşünü dəyişdirdi - FOTO
-
Səhiyyə14:34Həkimdən etiraz: Aran Regional Klinikasının “ilk varikoz əməliyyatı” iddiası yalan çıxdı - VİDEO
-
Sağlamlıq14:01Bu məşhur sızanağı sıxdı, ölümdən döndü - Həkimlər xəbərdarlıq etdi
-
Tarix13:15Qeyri-adi məzar tapıldı: Başıaşağı dəfn və tısbağa sirri alimləri heyrətləndirdi - FOTO
-
Nida Xəbər 12:39Əli Əsədov sərəncam imzaladı
-
İdman11:18Ronaldonun toyuna dəvət etdiyi məşhurlar: Rihanna, Həbib, Mbappe, Lopes...
-
Region10:23Ermənistanda Putinlə Paşinyanın telefon söhbətindən narahatdırlar: Moskva ona inanmır






.webp)












.jpg)


















