Sosial
Baş Prokurorluqdan vətəndaşlara xəbərdarlıq - Video
Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı cəmiyyətin bütün sahələrinə müsbət təsir göstərsə də, paralel olaraq kibercinayətkarlıq risklərini də artırır.
Publika.az xəbər verir ki, şəxsi məlumatların oğurlanması, onlayn dələduzluq, fişinq hücumları, kiberzorakılıq və zərərli proqram təminatlarının yayılması həm fərdlər, həm də dövlət və özəl qurumlar üçün ciddi təhlükə yaradır.
Bu baxımdan kibercinayətkarlıqla mübarizə milli təhlükəsizlik, iqtisadi sabitlik və vətəndaşların hüquqlarının qorunması üçün strateji əhəmiyyət daşıyır.
Kibercinayətlərin əsas xüsusiyyətlərindən biri onların çox vaxt istifadəçilərin məlumatsızlığı və diqqətsizliyi nəticəsində baş verməsidir. Texniki müdafiə mexanizmləri vacib olsa da, insan faktoru kibertəhlükəsizliyin ən zəif halqası olaraq qalır. Məhz bu səbəbdən kibercinayətkarlıqla mübarizədə maarifləndirici tədbirlər xüsusi rol oynayır.
Maarifləndirmə tədbirləri vətəndaşlarda təhlükəli onlayn davranışların tanınması, şəxsi məlumatların qorunması, şübhəli link və mesajlardan yayınma, güclü parollardan istifadə vərdişlərinin formalaşdırılması kimi bacarıqları inkişaf etdirir. Xüsusilə sosial videoçarxların nümayiş etdirilməsi maarifləndirmənin ən effektiv vasitələrindən biridir. Qısa, anlaşılan və emosional təsir gücünə malik videoçarxlar vətəndaşlarda təhlükə hissini düzgün formalaşdırır, məsuliyyətli rəqəmsal davranışı təşviq edir və kibercinayətkarlıqla mübarizədə dövlət–cəmiyyət əməkdaşlığını gücləndirir.
Sözügedən məsələnin əhəmiyyəti nəzərə alınaraq, Baş Prokurorluq vətəndaşların şəxsi məlumatlarının qorunması və kiberdələduzluq risklərinin qarşısının alınması məqsədilə sosial videoçarx təqdim edir
Bu maarifləndirici video sosial şəbəkələrdə düşünülməmiş paylaşımların doğura biləcəyi fəsadlara diqqət çəkmək üçün hazırlanıb.
Baş Prokurorluq vətəndaşlara xəbərdarlıq edir!
Başqalarına şəxsi məlumatlarınızdan qanunsuz istifadə etməyə imkan yaratmayın!!
Belə olan halda Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kibertəhlükəsizlik şöbəsinə və digər hüquq mühafizə orqanlarına müraciət edin!
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR
-
Nida Təhlil 10:48Abramyanın yeri uğrunda mübarizə - Kreml kimə “yaşıl işıq” yandıracaq?






.jpg)

.jpg)


.jpg)


.jpg)




.jpg)

















