Sosial
Bu halda mütləq qonşudan şikayət edin: Deputatdan çağırış
Rusiya Dövlət Dumasının Əmək, sosial siyasət və veteranların işləri üzrə komitəsinin sədri Yaroslav Nilov çoxmənzilli binalarda qonşuluq münasibətləri və yaranan problemlərin həlli ilə bağlı maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, parlamentari "Kp.ru"ya müsahibəsində bildirib ki, hər bir çoxmənzilli bina əslində kiçik bir dövlətdir və burada dinc yanaşı yaşamaq yalnız bir qaydaya - qarşılıqlı razılığa söykənir. Lakin bəzən vəziyyət elə həddə çatır ki, qanuni müdaxilə qaçılmaz olur.
Nilov Moskvada baş vermiş real bir hadisəni nümunə çəkib: "Bir mənzildə kran xarab olub su sızsa da, qapı bağlı olub və içəri girmək mümkün olmayıb. Bütün binanın suyunu kəsməli olublar. Məsələyə rəsmi orqanlar və sahə müvəkkili qarışdıqdan sonra problem həllini tapıb".
Deputat vurğulayıb ki, əgər qonşu digər sakinlərin hüquqlarını açıq şəkildə pozursa, artıq susmaq olmaz. Xüsusilə mənzildə yaranan antisanitariya (pis qoxu, çirklilik) bütün bloku narahat edirsə, "bəlkə özü düzələr" deyə gözləmək təhlükəlidir.
Yaroslav Nilov belə hallarda sakinləri dərhal pozuntuları qeydə almağa və müvafiq qurumlara (məsələn, sanitar-epidemioloji xidmətlərə) rəsmi ərizə ilə müraciət etməyə çağırıb: "Qanun belə vəziyyətlərdə hər zaman öz hüququnu qoruyanların tərəfindədir".
Müəllif: Adəm
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər













.png)





















