Sosial
Bu klinikada yoxlamalar aparıldı - Fəaliyyəti dayandırıldı
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi özəl tibb mərkəzi kimi fəaliyyət göstərən “NNC” MMC-yə məxsus klinikada yoxlama keçirib.
Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, yoxlama zamanı klinikada həkim lisenziyası olmayan şəxslərin həkim fəaliyyəti ilə məşğul olduqları üzə çıxıb. Qanun pozuntusu ilə bağlı klinikanın fəaliyyəti dayandırılıb.
Nazirliyin Analitik Ekspertiza Mərkəzindən sorğumuza cavab olaraq məlumatı təsdiq ediblər. Qeyd edilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı və 17-ci maddələrinə müvafiq olaraq Bakı şəhəri Nərimanov rayonu Əliyar Əliyev 41 ünvanda yerləşən “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən 6-7 aprel tarixlərində plandankənar (növbədənkənar) yoxlama keçirilib: “Xidməti yoxlama zamanı lisenziya olmadan tibb fəaliyyəti və qeydiyyatsız dərman vasitəsindən istifadə faktı aşkar edildiyindən hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri seçilərək, inzibati xətalar məcəlləsin 210.1 və 221.1 maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilib və aidiyyəti üzrə növbəti icraata göndərilib.
Əlavə olaraq “NNS KLİNİKA” MMC-yə məxsus özəl tibb müəssisəsinin cari fəaliyyətinin dayandırılması üzrə hüquq-mühafizə orqanları qarşısında vəsatətin qaldırılması məqsədilə təqdimat təqdim edilib.
Cari əmək fəaliyyəti üzrə ixtisasına uyğun vəzifənin müəyyən edilməsi məqsədilə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə rəsmi müraciət ünvanlanıb”.
-
Sosial16:38Əli Kərimlinin həbs müddəti uzadıldı
-
Dünya15:32Qardaş ölkədə helikopter qəzası: bütün ekipaj həlak oldu
-
Sosial14:50MÜTDA-dan “Son Zəng”lə bağlı müraciət - "Qadağandır"
-
Sosial14:03Eynulla Fətullayev “Ağabala”nı da satdı - FOTO
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər













.png)





















