Sosial
Asiya İnkişaf Bankı ilə sosial sahədə əməkdaşlığın gələcək istiqamətləri müzakirə edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya Departamentinin Baş direktoru Lea Qutierrezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Publika.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Nazirliklə AİB arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayan əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün sosial müdafiə sahəsində AİB-in dəstəyinin gücləndirilməsi” layihəsi üzrə aparılmış işlərin müsbət nəticələrindən bəhs olunub.
Təşkilatın 2025–2029-cu illər üçün Ölkə Tərəfdaşlıq Strategiyasının əməkdaşlığın genişləndirilməsində xüsusi önəm kəsb etdiyi vurğulanıb.
Nümayəndə heyətinə son illər ölkəmizdə həyata keçirilən sosial islahatların nailiyyətləri, aktiv məşğulluq proqramları, əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Lea Qutierrez ötən dövrdə əldə olunmuş uğurlu əməkdaşlıq təcrübəsinin məmnunluq doğurduğunu və yeni layihələr çərçivəsində birgə fəaliyyətin uğurla davam edəcəyinə əminliyini bildirib.
Görüşdə əmək sahəsi ilə bağlı yeni regional texniki yardım layihəsi çərçivəsində görüləcək işlər, əmək və sosial müdafiə sahələrində gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.
-
İdman12:52Qrimaldonun özündən 2 yaş böyük sevgilisi: Onlar necə tanış olublar? - FOTOLAR
-
Sosial12:43Sabah 33 dərəcə isti olacaq
-
Region11:36Paşinyanın partiyasında kreslo mübarizəsi başladı: Əsas hədəf bu postdur
-
Sağlamlıq11:10Pişikləri qovmayın, onlar uşaqlarda bu xəstəliyi ağırlaşdırmır: Alimlər sübut etdilər
-
Qoroskop10:44Bu gün onların günüdür - Həyatında yeniliklər olacaq 5 bürc
-
İqtisadi gündəm09:54Bitkoin 200 min dollara çatacaq? – Milyarder kriptovalyuta tərəfdarlarını ələ saldı
-
Səhiyyə09:00Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi
-
ABŞ08:48ABŞ ordusunda yenilik - Atəş əmri smartfonla veriləcək








.png)


























