Sosial
Bağçalara elektron qəbul başladı
Məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesinə start verilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Publika.az-a verilən məlumata görə, bu gün saat 11:00-dan etibarən regional təhsil idarələrinin və Naxçıvan Muxtar Respublikasının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına başlanılıb.
Bildirilib ki, 2021 və 2022-ci il təvəllüdlü uşaqlar üçün növbələr saat 11:00-da, 2023, 2024 və 2025-ci il təvəllüdlü uşaqlar üçün isə saat 15:00-da aktiv olacaq.
Bu il ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi myGov platforması üzərindən həyata keçiriləcək. Valideynlər və ya digər qanuni nümayəndələr qeyd olunan tarixlərdə myGov kabinetinə daxil olaraq "Xidmətlər" bölməsində Elm və Təhsil Nazirliyinin "Məktəbəqədər təhsil müəssisələrinə qəbul" xidmətini seçməklə elektron müraciətlərini edə bilərlər.
Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə qəbul üçün elektron növbələrin yaradılmasına isə 9 iyul 2026-cı il saat 11:00-dan başlanılacaq.
-
İdman18:10Azərbaycan Litvaya qarşı: ikinci hissə başladı - CANLI/YENİLƏNİR
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar





































.jpg)