Sosial
Kibertəhlükəsizliklə bağlı yeni öhdəliklər müəyyən ediləcək
Milli Məclis internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklərin müəyyən edilməsini ilk oxunuşda qəbul edib.
Publika.az xəbər verir ki, bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məlumat verilib ki, layihə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Sənədə əsasən, qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir.
Qanun layihəsində dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur.
Layihə ilə həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi və rəqəmsal həllərin sınaqdan keçirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir.
Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.
Qeyd olunub ki, layihənin qəbul edilməsi ölkədə informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sisteminin təkmilləşdirilməsinə, kibertəhdidlərə qarşı mübarizənin effektivliyinin artırılmasına, informasiya infrastrukturunun dayanıqlılığının gücləndirilməsinə və rəqəmsal inkişaf proseslərinin daha səmərəli təşkilinə xidmət edəcək.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
-
İdman22:20DÇ-2026: Argentina 1/4 finala yüksəldi - YENİLƏNDİ
-
Magazin122:00Günel Zeynalova küçədə rəqs etdi - VİDEO
-
İdman21:48UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub etdi - YENİLƏNDİ
-
Səhiyyə20:00Fuad Nəbiyev yeni vəzifəyə təyin olundu
-
Sosial18:12Bu "arıqlama" məhsullarında təhlükəli maddə aşkarlandı - FOTO
-
Dünya17:49Zelenski Azərbaycana təşəkkür etdi
-
Rəsmi xronika16:08Bu şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər - İlham Əliyev təsdiqlədi
-
Dünya15:21Tramp Ankaraya özü ilə tualetini də gətirdi: Yeməyi ona kimlər verəcək?





























.jpg)






