Sosial
Yasamalda sakinlərin müraciətləri dinlənildi - FOTO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinin operativ araşdırılması və həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq Yasamal rayonunda növbəti səyyar qəbul keçirilib.
Publika.az xəbər verir ki, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun sakinlərlə növbəti görüşü rayonun 18 nömrəli tam orta məktəbinin akt zalında keçirildi. Qəbulda Yasamal RİH-in məsul əməkdaşları, rayon bələdiyyəsinin və Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbər şəxsləri, sahə inzibati ərazi dairələri üzrə nümayəndələr, eləcə də aidiyyəti dövlət qurumlarının və xidmət sahələrinin təmsilçiləri iştirak ediblər.
Sakinləri salamlayan rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov bildirib ki, vətəndaşlarla birbaşa ünsiyyətin qurulması, onların müraciət və təkliflərinin dinlənilməsi, qaldırılan məsələlərin operativ həlli dövlət başçısının müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindəndir. O, görüş iştirakçılarını onları narahat edən məsələləri, təklif və təşəbbüslərini açıq şəkildə səsləndirməyə dəvət edib.
Qəbul zamanı vətəndaşlar dövlət ehtiyacları üçün torpaq və əmlakın satın alınması, təmir-bərpa işləri, tikinti şirkətləri ilə yaranmış mübahisəli məsələlər, eləcə də sosial və kommunal sahəyə aid müxtəlif problemlərlə bağlı müraciətlərini səsləndiriblər.
Səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək aidiyyəti qurumlara icraya yönləndirilib. Qaldırılan problemlərin operativ həlli məqsədilə müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Elşad Həsənov vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin edilməsi dövlət qurumlarının fəaliyyətində əsas prioritetlərdən biridir və hər bir müraciət qanunvericiliyin tələblərinə uyğun, obyektiv və şəffaf şəkildə araşdırılır. Bildirilib ki, nəzarətə götürülmüş müraciətlərin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görüləcək.
-
Qoroskop01:40Günün ulduz falı: keçmişin təsirindən çıxmağa çalışın
-
Dünya00:27Şimali Kiprin Prezidenti xəstəxanaya yerləşdirildi
-
Region10 İyul 22:32ABŞ razılaşmanı pozarsa... - Qalibafdan açıqlama
-
Magazin110 İyul 21:51Üz iflici keçirən Əməkdar artist xəstəxana əvəzinə Elgizin verilişinə gedib
-
ABŞ10 İyul 19:50Mənə sui-qəsd ediləcəyi təqdirdə... - Tramp İranla bağlı hansı əmri verib?
-
Hadisə10 İyul 18:50Bakıda motosiklet qəzaya uğradı - Ölən və yaralanan var
-
Region10 İyul 13:16Amerikalı mühəndislər Zəngəzur dəhlizinin keçəcəyi ərazini araşdırırlar - FOTO
-
Dünya10 İyul 12:10Səudiyyə Ərəbistanı istədi, İsrail kənarda qaldı: Yerinə bu ölkəni seçdilər










_(1).jpg)

























