Sosial
Barselonada 112 illik istilik rekordu yeniləndi
Barselonada termometrin göstəricisi rekord həddə – 40,7°C-yə çatıb.
Publika.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Sözügedən göstərici ötən gün qeydə alınıb və bu, İspaniya şəhərində son 112 il ərzində rekord olub.
Qeyd olunub ki, qonşu Fransada da fövqəladə istilər hakim kəsilib. Fransanın daxili işlər naziri Loran Nunyes 300-dən çox meşə yanğını barədə məlumat verib.
İyulun 9-da İspaniyanın cənubundakı Andalusiya muxtar icmasında bir rusiyalı qadının istilik vurması nəticəsində vəfat etdiyi bildirilmişdi. Bu hadisə ekstremal istilər dalğası başlayandan bəri muxtar icmada dördüncü ölüm halı olub.
İyulun 1-də gündəlik ölüm monitorinqi sisteminin məlumatları göstərib ki, İspaniyada iyun ayında müşahidə edilən anomal istilər 1 mindən çox insanın ölümünə səbəb ola bilərdi. Bu, 2015-ci ildən bəri belə statistikaya başlanıldığından bəri ölkədə istidən ölüm hallarının ən yüksək ikinci göstəricisidir. Ən çox hadisə (1 min) 2017-ci ildə qeydə alınıb.
Hüseyn İbadlı
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO



































.jpg)