Sosial
Ağdaş yenə qaranlığa büründü - İH "pulumuz yoxdur" deyir
Ağdaş rayonunda küçə işıqlandırma sistemləri nasaz vəziyyətdədir.
Publika.az Axar.az-a istinadla rayon sakinləri şikayət ünvanlayıb.
Bildirilib ki, rayonun işıqlandırılmasında meydana gələn problem həm avtomobillərin hərəkətinə, həm də sakinlərin təhlükəsizliyinə çətinliklər yaradır.
“Gecə küçəyə gəzinti üçün çıxa bilmirik, qorxuruq. Qaranlıq düşən kimi itlər çoxalır, uşaqlarımızı küçəyə buraxa bilmirik. Rayon İcra Hakimiyyəti şikayətlərimizə baxmır”, - şikayətdə vurğulanıb.
Məsələ ilə bağlı Ağdaş Rayon İcra Hakimiyyətinə ünvanladığımız sorğuya cavab olaraq problemin maliyyə çətinliyindən qaynaqlandığı deyilib:
“Yaranmış maliyyə və texniki səbəblərlə əlaqədar şəhərin işıqlandırılması sistemində müvəqqəti problemlər yaranıb. Sözügedən problemin qısa müddət ərzində aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür”.
Qeyd edək ki, 3 ay əvvəl şəhərin yalnız Məhəmməd Füzuli küçəsinin işıqlandırılmasında problem vardı. Problem hazırda bütün şəhərdə özünü göstərir.
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı





































.jpg)