Sosial
Bakı ətrafında yeni dəmir yolu xətti çəkiləcək - VİDEO
2025-2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı ətrafında kənd və qəsəbələrə yeni dəmir yolu xətlərinin çəkilməsi, eləcə də mövcud xətlərin bərpası nəzərdə tutulur.
Proqram çərçivəsində Zabrat-Maştağa-Bağlar dəmir yolu xətti də yenidən istifadəyə veriləcək.
Publika.az xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.
Hazırda Sabunçu rayonunun Maştağa qəsəbəsində hazırlıq və işarələmə işlərinə başlanılıb.
Ərazidə yerləşən köhnə Maştağa dəmir yolu stansiyasının binasının təmir edilərək sərnişinlərin istifadəsinə verilməsi planlaşdırılır. Uzun müddətdir fəaliyyət göstərməyən xəttin keçdiyi ərazini hazırda kol-kos bassa da, yaxın gələcəkdə burada dəmir yolu infrastrukturu bərpa olunacaq.
Layihənin icrası zamanı dəmir yolunun mühafizə zolağına düşən bəzi fərdi yaşayış evləri və yarımçıq tikililər söküləcək. Plana düşən evlərin müəyyənləşdirilməsi üçün işarələmə aparılıb, mülkiyyət sahibləri ilə söhbətlər keçirilib və onlara söküntü barədə məlumat verilib.
Bildirilib ki, sakinlərə qanunvericiliyə uyğun kompensasiya ödəniləcək.
Bundan əvvəl də Suraxanı və Hövsan ərazilərində dəmir yolu xəttinin bərpası məqsədilə söküntü işləri aparılıb. Suraxanı bazarının bir hissəsi və Hövsanda yerləşən bəzi fərdi yaşayış evləri sökülüb, sahiblərinə kompensasiya verilib. Zabrat-Maştağa-Bağlar dəmir yolu xəttinin istifadəyə verilməsi ilə həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın müxtəlif istiqamətlərinə gediş-gəlişinin daha rahat və əlçatan olacağı gözlənilir.
Daha ətraflı videoda:
-
Dünya09:28Putin bu ölkədən 50 min əsgər istəyir - Yeni müharibə planı üzə çıxdı
-
Magazin208:36Məşhur aktyor ticarət mərkəzində döyüldü
-
ABŞ07:30Nahar fasiləsində 1,73 milyonluq cekpotu uddu
-
Magazin106:16Nazirlik Azərə 200 min manat ödəyəcək
-
Dünya05:15Ədən körfəzində şiddətli zəlzələ baş veri
-
Dünya02:42"Lətifə" iti üçün məhkəmədə il yarım mübarizə apardı
-
Magazin101:11Aktrisaya görə Ülviyyə İlyasovanın cəzası artırıldı
-
İdman00:45“Bəlkə, cahillik edib rəqəm seçirik” - Video









.jpg)

























.jpg)
.jpg)

