Sosial
Keçmir nazir VƏFAT ETDİ
Azərbaycanın keçmiş kənd təsərrüfatı naziri, Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı, “Qara Tofiq” ləqəbi ilə tanınan Tofiq Hüseynov (Tofiq Hüseynli) vəfat edib.
Publika.az xəbər verir ki, sabiq dövlət xadimi uzun illərdir yaşadığı İsveçrədə, Bazel şəhərində dünyasını dəyişib. O, son illər ağır xəstəlikdən əziyyət çəkirdi və müalicə alırdı. Bu ilin fevral ayında onun səhhətinin kəskin ağırlaşdığı barədə də məluma
Tofiq Hüseynov 1952-ci il martın 30-da Tovuz rayonunun Qovlar qəsəbəsində anadan olub. Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə Tovuz rayonunda başlayıb, müxtəlif istehsalat və təhsil müəssisələrində rəhbər vəzifələrdə çalışıb. 1989-cu ildən Azərbaycan Xalq Hərəkatına qoşulub, Tovuzda AXC təşkilatının yaradıcılarından və fəallarından biri olub.
1992-ci ilin may ayında Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tofiq Hüseynov, 1993-cü il martın 4-də Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri vəzifəsinə gətirilib. Həmin ilin iyununda isə Qərb bölgəsi üzrə Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunub.
1994-cü ilin mart ayında qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilən Tofiq Hüseynov 1995-ci ilin yanvarında azadlığa buraxılıb. Sonrakı illərdə Müsavat Partiyasında fəaliyyət göstərib, partiyanın Məclis və Divan üzvü, başqan müşaviri olub. Daha sonra partiyadan ayrılıb.
Təxminən 7–8 il əvvəl İsveçrəyə mühacirət edən sabiq nazir ömrünün son illərini Bazel şəhərində keçirirdi. Ailəli idi, iki övladı var. (Musavat.com )
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu























.webp)










.jpg)
