Cənubi Qafqaz
İrəvana MÜHARİBƏ ELAN EDİLDİ: əsas dayağını itirən Sarkisyanı gözləyən 3 BÖYÜK TƏHLÜKƏ
Ermənistan diasporu Serj Sarkisyana müharibə elan
etdi.
Publika.az xəbər verir ki, erməni siyasi şərhçi Tevos
Arşakyan Ermənistanda hakimiyyətin vəziyyətinin ağırlaşdığını
yazır.
O, kütləvi aksiyanın genişləndiyini, İrəvanla yanaşı, Gümrü,
Vanadzor və digər şəhərlərə də keçdiyini qeyd edir: “Hətta
Ermənistanın sərhədlərindən kənarda da Sarkisyana qarşı etiraz
dalğası böyüyür. Əvvəlcə Moskvada, daha sonra Marsel və
Los-Ancelesdə erməni icmaları Sarkisyan rejiminə qarşı etiraz
aksiyası keçirtdi. Məhz bu faktor qəsbkar Sarkisyanı qorxuya saldı.
Heç kimə sirr deyil də Sasrkisyan hakimiyyəti üçün ölkə daxilində
xalqın etirazı o qədər də qorxulu deyil. Çünki istənilən etirazı
polis, ordu və oliqarxların köməyi ilə yatıra biləcək. Sarkisyan
üçün 3 təhlükəli məqam var”.
Arşakyan yazır ki, təhlükəli məqamlardan biri hakimiyyət aparatının
xəyanəti, ikincisi, Moskvanın dəstəyinin kəsilməsi, üçüncüsü isə,
erməni diasporunun qarşı çıxmasıdır.
“Hakimiyyət aparatı və Moskva hələ ki Sarkisyanı dəstəkləyir. Lakin
erməni diasporubu dəstəyə qarşı çıxdı. Xüsusilə Moskva, Marsel və
Los-Ancelesdə erməni icmalarının aksiyaları rejimi qorxuya saldı.
Rusiya, Fransa və ABŞ erməni diasporunun ən güclü olduğu yerlərdir.
İlk olaraq, Moskvada Ermənistan səfirliyinin önündə aksiya
keçirildi. Hətta qorxmuş səfir Vartan Toqonyan Rusiya
hüquq-mühafizə orqanlarına müraciət etdi. Nəticədə rus polisi
aksiyanı dağıtdı. Marseldə etirazçılar Ermənistan konsulluğuna
daxil ola bildi və divardan Sarkisyanın portretini çıxararaq
yandırdılar. Los-Ancelesdə isə erməni icmasının nümayəndələri ABŞ
hökumətindən Ermənistanda hakimiyyəti zəbt etmiş Sarkisyanın
cəzalandırılmasını tələb etdilər. Sarkisyanın özü yaxşı xatırlayır
ki, Levon Ter-Petrosyanı məhz diasporun dəstəyi ilə devirə
bildilər. Rejim yaxşı anlayır ki, Fransa və ABŞ-da diasporun
dəstəyini itirmək, avtomatik olaraq bu ölkələrin də dəstəyindən
məhrum olmaq deməkdir. Bu, Sarkisyanın rejiminin sonu ola bilər”, -
deyə o vurğulayıb.
Asif
-
Magazin207:30
Yeni ildə eşqini elan etdi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?