Gürcüstan prezidentini seçə bilmədi - NƏTİCƏLƏR (YENİLƏNDİ)
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan prezidentini seçə bilmədi - NƏTİCƏLƏR (YENİLƏNDİ)

Gürcüstanda prezident seçkilərində səslərin 98,25 faizi sayılıb.

Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Salome Zurabişvili 38,6, Qriqol Vaşadze isə 37,75 faiz səs toplayıb. Bu iki namizəd seçkilərin seçkilərin ikinci turunda mübarizə aparacaqlar.

Seçkilərin ikinci turu səsvermənin nəticələrinin rəsmi elanından sonra iki həftədən olmayaraq keçirilməlidir.

***

Səslərin 50,53 faizinin sayılmasından sonra Qriqol Vaşadze Salome Zurabişviliyə çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, 3705 seçki məntəqəsinin 1866-ı üzrə səslərin sayılmasından sonra namizədlər arasında fərq 1,1 faizdən bir qədər çox təşkil edir.

Salome Zurabişvili 38,82, Qriqol Vaşadze isə 37,68 faiz səs toplayıb.

***

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ilkin nəticələrini elan edib.

Publika.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, qurumun başçısı Tamara Jvaniya səslərin 13 faizinin sayıldığını bildirib.

Onun sözlərinə görə, ilkin nəticələrə əsasən, səslər liderlər arasında aşağıdakı qaydada bölünüb:

David Bakradze (Avropa Gürcüstanı Partiyasının namizədi) — 10,83 %

Qriqol Vaşadze (Vahid Milli Hərəkat Partiyasının namizədi) — 37,83%

Salome Zurabişvili (Hakim “Gürcü Arzusu” Partiyası tərəfindən dəstəklənir) – 40,05%

Qeyd edək ki, səsvermənin tamamlanmasından dörd saat sonra hakim “Gürcü Arzusu” Partiyası Salome Zurabişvili və Qriqol Vaşadzenin iştirakı ilə səsvermənin ikinci turunun keçiriləcəyini açıqlayıb. Bu haqda parlamentin spikeri İrakli Kobaxidze bildirib. Halbuki, o, səsvermənin başa çatmasından dərhal sonra seçkilərdə qələbə münasibətiylə Salome Zurabişvilini təbrik etmişdi.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm