Cənubi Qafqaz
Şuşa ermənisindən Qorbaçovun arvadı ilə bağlı ŞOK ADDIM: 32 şagird girov götürüldü və... - FOTO
Elmi araşdırmalar beynəlxalq terrorizmin tərkib hissəsi olan erməni terrorunun tarixinin 100 ildən çox olduğunu göstərir. Belə ki, "Böyük Ermənistan" dövlətinin yaradılmasını qarşısına məqsəd qoymuş radikal erməni təşkilatları – 1887-ci ildə yaradılmış "Armenakan", sonradan "Hnçak" və "Daşnaksütyun" partiyaları bu planı həyata keçirmək üçün siyasi terror aksiyalarından geniş istifadə edilməsini proqram sənədlərində başlıca vasitə kimi nəzərdə tutmuşlar.
Ermənizm terrorizmin təməlidir. Tarix buna çoxsaylı faktlarla şahidlik edir. 30 il əvvəl – 1988-ci il dekabrın 1-də Rusiyada baş verən bir hadisə də erməni terroruna daha bir nümunədir.
Publika.az xəbər verir ki, Rusiyanın “Lenta.ru” saytı həmin dəhşətli günü xatırladıb və erməni terrorunun mahiyyətini bir daha ortaya qoyub.
1988-ci il 1 dekabr tarixi Vladiqafqaz sakinləri, həmçinin 42 nömrəli məktəbin 4-cü sinif şagirləri üçün də adi gün kimi başlanmışdı. Uşaqlarda həmin gün kitab mətbəəsində ekskursiyaya getmişdilər. Onlara məktəb dərsliklərinin neçə çap edildiyini göstərdilər və hədiyyələr aldılar. Müəllimə Natalya Yefimovun müşayiəti ilə məktəblilər küçəyə çıxdılar və burada onları “LAZ-687” avtobusu gözləyirdi. Sürücü müəlliməyə rəhbərliyin tapşırığı ilə gəldiyini bildirdi və üzərində məktəbin nömrəsinin olduğu vərəqi göstərdi. Uşaqlar sevinclə avtobusda yerlərini tutmağa başladılar. Amma bütün sinif (32 şagird) və müəllimə salonda yerini tutandan sonra aydın oldu ki, heç kim onları məktəbə aparmaq üçün gəlməyib, onlar terrorçuların girovu olmuşdular.
Avtobus bir neçə metr hərəkət edəndən sonra dəstənin başçısı Pavel Yakşiyans sükanın arxasından qalxdı və elan etdi: “Siz hamınız girovsunuz. İndi biz partiyanın vilayət komitəsinə gedəcəyik, xarici valyuta ilə odəmə və sizin üçün yük təyyarəsi tələb edəcəyik, sonra da xaricə uçacağıq”. Dəstənin başçısı və digər terrorçular aydın və təlaşsız hərəkət edirdilər. Biri pəncərələri örtürdü, başqaları isə benzinlə bankları hazırlayır və onları bütün avtobus üzrə yerbəyer edirdilər. Uşaqlar qışqırdılar, qızlar ağladılar, müəllimə yerdən tullandı, amma quldur onu yanaraq öləcəyi ilə təhdid etdi.
Salonda uşaqlardan və terrorçulardan başqa, dəstənin başçısının arvadı Tamara Fotaki və uşağı da var idi. Terrorçular girovları Orconokidze şəhərinin mərkəzi meydanına, Sovet İttifaqı Kommunist Partiyasının vilayət komitəsinə apardılar.
Yakşiyansın dəstəsi
Terrorçular 4 nəfər idilər: Yakşiyans, onun şəriki Vladimir Muravlev, German Vişnyakov və Vladimir Anastasov. Operativ qərargahda onlardan hər biri haqqında informasiyanı tezliklə tapdılar. Milliyyətçə erməni, Özbəkistan sakini 38 yaşlı Pavel Yakşiyans cinayətkarlarla rəhbərlik edirdi. O, Dağlıq Qarabağda, Şuşada doğulmuşdu. İlk dəfə 17 yaşında oğurluq etdiyi üçün həbs olunmuş və daha sonra ağır cinayətlər törədərək 3 dəfə cəza almışdı.
Onun cinayət yoldaşı Vladimir Muravlev iki dəfə mühakimə olunmuşdu. German Vişnyakov sürücü idi, zavodda işləyirdi. Robert Anastasov betonçu idi. Onların hamısı narkotiklərdən istifadə edirdi.
Onlar planı üç aydır hazırlayır və silahı axtarırdılar. Qərara gəlmişdilər ki, qurbanları uşaqların arasından seçmək daha yaxşıdır, onların öhdəsindən gəlmək daha asandır. Girovların götürülməsi SSRİ üçün görünməmiş hadisə deyildi, ancaq balaca uşaqlar indiyə qədər belə cinayətlərin qurbanı olmamışdılar. Məhz dəstənin erməni başçısının məktəbliləri girov götürmək ideyası fanatik, amma tamamilə məntiqli idi.
Avtobusa birinci yaxınlaşmış milis vəziyyətin nə qədər ciddi olduğunu anlamamışdı. Qapılar bloklanmışdı, ona görə də qapıları vintburanın köməyi ilə açmağa çalışdılar. Salonda uşaqlar qışqırdılar, milislərdən biri başını yuxarı qaldıranda isə ona tuşlanmış tüfəngi gördü: “Bizdə avtobus dolu dinamit var, avtobusdakı girovlar uşaqlardır, salonda benzin var, dərhal radio əlaqə qurulsun!”
Bir neçə dəqiqə sonra avtobusun yanına Lenin rayon şöbəsinin milis əməkdaşları və sonra respublikasının daxili işlər nazirinin müavini, polkovnik Teymuraz Bataqov gəldilər. Radioəlaqə quruldu və terrorçularla əlaqəyə Teymuraz Bataqov çıxdı. Yakşiyans özünü təqdim etdi və tələblərini açıqladı: milyon funt sterlinq, milyon dollar, daha bir milyonluq qızıl və təyyarə. Terrorçular SSRİ ilə diplomatik münasibətlərə malik olmayan ölkəyə uçuş, həmçinin, onların yoldaşının həbsxanadan azad olunmasını tələb etdilər. Terrorçular hakimiyyətə düşünmək üçün 40 dəqiqə vaxt verdilər, əks təqdirdə hər yarım saatdan bir uşağı öldürəcəyini bildirdilər. Bundan başqa, onlar narkotiklər tələb etdilər.
Terrorçular tələblərinin müzakirəsi üçün təcili Sovet İttifaqı Kommunist Partiyasının Şimali-Osetin vilayət komitəsinin birinci katibinin başçılığı ilə əməliyyat qərargahı yaradılmışdı. Aydın oldu ki, avtobusu hücumla onun götürmək alınmayacaq: quldurlar xəbərdarlıq etdilər ki, istənilən səhv hərəkət uşaqların həyatı bahasına başa gələ bilər. Tələblərin yerinə yetirilməsi də çətin oldu: ağır layneri qəbul etmək üçün Orconokidze aeroportunda uçuş zolağı tapılmadı, buna görə də terrorçular Mineralnıy Vodaya getməyə qərar verdilər. Onların ardınca milis və təcili yardım maşınları, həmçinin uşaqların qohumlarının avtomobilləri hərəkət edirdi. Bundan başqa, Mineralnıy Vodaya “Alfa” qrupu ilə təyyarə gəldi.
General-mayorla əlaqə
Bu andan cinayətkarlarla danışıqları “Alfa” qrupunun komandiri general-mayor Genadi Zaytsev aparırdı. Aeroportda kəşfiyyat apardılar, snayperləri yerbəyer etdilər və girovların azad olunması planını hazırladılar. Hələ ki vəziyyət tamamilə sevindirici deyildi, Yakşiyans zəif nöqtəsi tapılacaq adam deyildi və girovların azad edilməsi üçün hücum çox təhlükəli fikir olardı. Hücumu ekstremal variant kimi həyata keçirməmək qərarı verildi.
Zaytsev ən çətin işlə məşğul olurdu: terroçuların lideri ilə danışırdı. Polkovnik terrorçuların məhz hara uçmağa hazırlaşdığını dəqiqləşdirdi. Yakşiyans bildirdi ki, onları SSRİ-yə təhvil verməyən istənilən ölkəyə uçacaq. O, Pakistan, CAR və İsrailin adını çəkdi. Yakşiyans həmçinin bu ölkələrin rəsmi şəxslərindən zəmanətlər almaq istəyirdi. “İl-76” Mineralnıy Vodayada artıq hazır idi, yalnız müəyyən etmək qalırdı ki, o hara uçacaq. Nəhayət, Yakşiyans İsrailə uçmaq istədi. Bu qərar olduqca axmaq görünürdü, İsrailin qısa tarixində girovların götürülməsi ilə bir çox terror aktı baş vermişdi və Təl-Əvivdə terrorçulara heç bir simpatiyaya yox idi. Ancaq Yakşiyans inanmırdı ki, SSRİ və İsrailin hökumətləri ümumi dil tapa bilərlər. Həm də ki, ölkələr arasında hətta diplomatik münasibətlər yox idi. Ancaq Təl-Əvivdə sovet konsul qrupu artıq bir ildir işləyirdi. Konsul Martirosovla dərhal İsrailin Xarici İşlər Nazirliyindən əlaqə yaradıldı. Orada tez reaksiya verdilər və demək olar ki, təyyarəni qəbul etməyə razılaşdılar. Bu zaman Zaytsev var gücü ilə uçuş şərtləri haqqında terroçularla sövdələşirdi. Amma Yakşiyans yeni girovları tələb edirdi: o Siyasi Büronun üzvləri, Raisa Qorbaçovanı (SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun həyat yoldaşı), həmçinin öz arvadını tələb edirdi.
Yakşiyans girovlarsız uçmaqdan imtina etdi. Təl-Əvivdə diplomatlar terrorçularla təyyarənin qəbulunun detallarını müzakirə edirdilər, Moskvada Dövlət Təhlükəsizliyi Komitəsinin zabitləri ödəmək üçün valyutanı toplayırdılar, Zaytsev Yakşiyansaya öyüd verməyə davam edirdi. Yakşiyansın tələbləri artırdı, o, güllədeşməz jiletləri və yeddi avtomat gətirməyi tələb edirdi. Terrorçuları silahlandırmaq hər halda arzuolunmaz idi. Zaytsev Yakşiyansın diqqətini silah haqqında məsələdən yayındırmaq istəyirdi. Tədricən Yakşiyansın tonu yumşalırdı, o müəllimənin qulaqlarını kəsmək kimi təhdidlərdən konstruktiv danışığa keçdi. Bir neçə saatlıq dialoq güzəştlə qurtardı. Zaytsev Yakşiyansanı tapançalar, bir avtomat, güllədeşməz jiletlər və pilotlara əvəz olaraq uşaqları buraxmağa inandırdı.
Nəhayət, girovların azad edilməsindən sonra təyyarə İsrailə uçdu. Yakşiyans əmin idi ki, istədiyi hər şeyə nail olub, lakin onu İsraildə gül-çiçəklə gözləmirdilər. Təyyarə Ben-Qurion aeroportunda enəndə cinayətkarlar özlərini itirdilər. Onlar yad ölkədə idilər. Təyyarəyə yerli təhlükəsizlik xidmətinin əməkdaşları yaxınlaşdılar.
Müdafiə naziri İshaq Rabin pilotları şəxsən qarşıladı və onlara vəziyyət haqqında bir neçə sual verdi. Bu zaman Yakşiyans anlamağa başladı ki, bu qəbul onun üçün yaxşı olmayacaq. Təyyarə artıq yük maşınları ilə mühasirəyə alınmışdı. Artıq terrorçularda heç bir girov yox idi. Yakşiyans yerli xüsusi xidmətə CAR-a uçmaq imkanı əldə etmək üçün milyon dollarlarla rüşvət verməyə çalışdı. Lakin Yakşiyansın dəstəsi heç bir müqavimətsiz tərksilah edildi və həbs olundu.
Bu zaman Ben-Quriona Zaytsev və “Alfa”nın başqa zabitlərinin olduğu təyyarə endi. Onları sovet konsulu və İsrail diplomatı Yakov Kedmi qarşıladı. Terrorçuların SSRİ-yə verilməsi haqqında danışıqlar başlandı. İsraillilər zəmanətləri almaq istəyirdilər ki, onlara ölüm cəzaları verilməyəcək. Vəziyyət o dərəcə ağırlaşdı ki, toplantıda terrorçuları “tələsik” verməməyi təklif etmiş insanlar oldu. Ona görə də konsul Martirosov və Zaytsev prosesi uzatmamaq barədə qərara gəldi və bütün zəmanətləri verdi. 4 dekabr gecəsi terrorçularla iki təyyarə “Alfa” qrupu, girovlar qarşılığında götürülmüş pul və silahla Moskvaya uçdu. Terrorçular təyyarələrin hara uçduğunu bilmirdilər, onlar bağlı gözlərlə aparırdılar.
Yakşiyans Şeremetyevo hava limanında dərk etdi ki, iş-işdən keçib və soruşdu: “Mənimlə nə edəcəklər? Güllələyəcəklər?”
“Pryaniklər verəcəklər”, - “Alfa” qrupundan kimsə cavab verdi.
Yakşiyansi 15 il azadlıqdan məhrum etdilər, qalan terrorçular da həmçinin böyük müddətdə həbs cəzası aldılar. Daha sonra Yakşiyans həbsxanadan qaçmaq üçün uğursuz cəhd etdi. Tezliklə müəllimə Tatyana Yefimovanı cəsarətli davranışa görə ordenlə mükafatlandırdılar.
Ömər Dağlı
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər
-
Yaxın Şərq11:51
Atan 100 min, tutan milyon dollar: İrana qarşı ən bahalı müdafiə
-
Region11:38
İran bəyan etdi: İsrail üçün bunu edəcək ölkələri düşmən sayacağıq
-
Yaxın Şərq11:12
İsrail Beyrutun mərkəzini də vurdu: ölənlər var